ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC 2015-ci ilin birinci rübünü uğurla başa vurmuşdur
     "Ekol  Mühəndislik  Xidmətləri" QSC 2015-ci ilin  birinci rübündə xidmət göstərdiyi  "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərinə tam əməl edərək  rübü uğurla başa vurmuşdur.

        QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD)   təsdiq edilmiş iş planına uyğun olaraq, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərinin aparılması, ekoloji normativ-texniki sənədlər işlənib hazırlanmış və laborator xidmətlərin göstərilməsi işlərini   keyfiyyətlə  yerinə  yetirmişdir.
         Cari ildə  EMD ARDNŞ-nin Qaz Emalı Zavodunun istehsalat sahələrində  ekoloji monitorinqin keçirilməsi, "Kompleks qazma İşləri" Trestinin istehsalat sahələrin də isə  ekoloji monitorinq və formalaşan axıntı sularının keyfiyyət kateqoriyasına görə tərkibinin müəyyənləşdirilməsi, eləcə də "AzGerneft" MMC-nin və "Balakhanı Operatinq Company LTD"  Şirkətinin Azərbaycan Respublikasındakı filialının mədən ərazilərində ekoloji monitorinq işlərini müqavilə şərtlərinə uyğun olaraq həyata keçirmişdir. Bir avtoyuyucu məntəqə üçün  Ekoloji Pasport-normativ texniki sənədlərin  hazırlanması  üzrə  işlər davam etdirilmişdir.
        2015-ci ilin birinci rübündə EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) da fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. İlin ilk üç ayı ərzində KTL QSC-nin istehsalat sahələrində istismarda olan qurğulardan  götürülmüş çirkab su və neftşlam  nümunələri, həmçinin "Sifarişçi" təşkilatların  istehsalat sahələrində keçirilən monitorinqlər zamanı götürülmüş su və şlam  nümunələri  üzərində  fiziki-kimyəvi və  kimyəvi təhlillər  aparılmışdır.
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti (TED) də  hesabat dövründə "Sifarişçi"  təşkilatlara müxtəlif xidmətlər göstərmişdir. Cari ilin  birinci rübündə TED Heydər Əliyev adına NEZ-nun ayrı-ayrı sahələrindən  mexaniki təmizləyici qurğulara daxil olan   3 milyon 704 min m3-ə qədər sənaye-çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan  6 min 310 tona qədər neftşlam emal edilərək  zərərsizləşdirilmişdir. Rüb  ərzində TED-nin 3-cü sahəsinə  "AAS-EKOL"  MMC-dən  daxil  olan  37  tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan  təmizlənmişdir.
      2015-ci ilin müvafiq dövründə QSC-nin "Sifarişçi" təşkilatları olan  "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC-nin Dəniz Neft Donanmasının, FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə xidmətinin, ARDNŞ-nin Ekologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "Kompleks Qazma İşləri" Tresti, "SOCAR PETROLEUM" QSC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,   “AAS-Ekol” MMC,  “AA services”,  AAS-ATE” MMC və digər  təşkilatlardan qəbul edilmiş   13 min 778 ton/m3-dən çox  müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənmiş və emal edil edilərək  zərərsizləşdirilmişdir.
      TED cari ilin birinci rübündə də fasiləsizliyin təmin edilməsi, göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində məqsədyönlü  tədbirlər həyata keçirmişdir.    
       QSC-nin  Torpaqların  Rekultivasiyası  Departamenti (TRD)  2015-ci ilin birinci rübündə də  neft sənayesi sahələrinin reabilitasiya olunmuş mədən ərazilərindəki  mövcud yaşıllıq sahələrinə keyfiyyətli  aqrotexniki xidmətlər  göstərmişdir. Hesabat dövründə  TRD-nin kollektivi  ARDNŞ-nin  Qaz  Emalı  Zavodunun ərazisində 11 min ədəd,  H.Z. Tağıyev adına  NQÇİ-nin mədən ərazisində 4 min 420 ədəd,  “Abşeronneft” NQÇİ-nin mədən ərazisində  13 min  524 ədəd, "BibiHeybətneft" NQÇİ-nin mədən  ərazisində   isə 45 min  207 ədəd   müxtəlif  növ ağac və bəzək kollarına  aqrotexniki xidmətlər göstərmişlər.  Yaşıllıq sahələrində  mövsümi  işlər  yerinə yetirilmiş, bitkilərin  normal inkişafı üçün  zəruri  tədbirlər  görülmüşdür.
     "Ekol Mühəndislik  Xidmətləri" QSC  göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması və fəaliyyət sahələrinə nanotexnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
 
 
 

tarix : 09.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.