ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Beynəlxalq İdarəetmə Sistemləri üzrə keçirilən xarici audit başa çatmışdır

     Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq İdarəetmə Sistemləri (BİS) standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun yoxlanması üzrə Türk Standartları İnstitutunun (TSE)  auditorları tərəfindən aprelin 6-da başlayan, şəffaf və işgüzar şəraitdə keçirilən audit bu gün başa çatmışdır.

     Bununla əlaqədar olaraq, aprelin 9-da QSC-nin baş ofisində auditin qapanış toplantısı keçirilmişdir. Toplantıda  auditin nəticələri müzakirə edilmiş, auditorlar nəticələr barədə QSC-nin rəhbərliyinə və kollektivin nümayəndələrinə məlumat vermişlər. Qeyd olunmuşdur ki, audit ayrı-ayrı şöbələrdə və xidmət sahələrində keçirilmiş, hər üç standartın tələblərinə yüksək səviyyədə əməl olunduğu aşkar edilmişdir. Bir neçə xırda uyğunsuzluqlar nəzərə alınmaqla nəticələr  ümumən qənaətbəxş olmuşdur. 
     TSE-nin Azərbaycan təmsilçisi Səlim Çelebi, Azərbaycanda BİS-nin tam mənimsənilməsi, təkmilləşdirilməsi və standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətini müsbət  qiymətləndirmişdir. O, keçirilən auditin nəticəsi olaraq QSC-nin İSO-14001 standartları üzrə fəaliyyətinin təsdiqləndiyini, İSO-9001 və OHSAS-18001  standartları üzrə isə  yeniləndiyini  toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
     Toplantıda çıxış edənlər, QSC-nin baş  direktoru Ramil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov,  Ekoloji Monitorinq  Departamentinin rəisi Şahabiddin Albuşov və başqaları auditin şəffaf şəraitdə keçirilməsinə, dəyərli tövsiyələrinə və göstərdikləri dəstəyə görə TSE təmsilçilərinə öz dərin təşəkkürlərini bildirmişlər. Eyni zamanda, Ramil Əliyev keçirilən auditin nəticəsində aşkarlanmış uyğunsuzluqların qısa zamanda aradan qaldırılacağını  və bundan sonra da QSC-nin bütün  fəaliyyət sahələrində İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə Sistemlərinin tələblərinə yüksək səviyyədə əməl olunacağını  TSE təmsilçilərinin diqqətinə çatdırmışdır.
     Sonda TSE təmsilçilərinə xatirə hədiyyələri təqdim olunmuş və bununla da  TSE təmsilçilərinin QSC-də dörd gün ərzində keçirdikləri üçüncü tərəf auditin nəticələrinə həsr olunmuş qapanış toplantısı başa çatmışdır.

 

 
 

tarix : 09.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.