ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Black Gold LLC" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

 "Ekol Mühəndislik Xidmətləri" QSC xarici əlaqələrinin genişləndirilməsi və yeni texnologiyaların axtarışı istiqamətində analoji şirkətlərlə keçirdiyi görüşlər çərçivəsində, növbəti görüş aprelin 10-da Birləşmiş Ərəb Əmirliklərinin "Black Gold Neftkimya LLC" şirkətinin nümayəndələri ilə olmuşdur.

 QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin "Black Gold LLC"-nin rəhbəri Şeyx Saud Salman Əli Xəlifə və sədrin müavini Mohammed Abdulla Ahmed Saleh Al Hammadi və şirkətinin Azərbaycan təmsilçiləri görüşdə iştirak etmişlər.  Rəşad İsmayılov qonaqları salamlayaraq onlara QSC haqqında qısa məlumat vermiş və sonra sözü onlara təqdim etmişdir.
 "Black Gold LLC" şirkətinin direktorlar Şurasının üzvü Mohammed Abdulla Ahmed Saleh Al Hammadi əvvəlcə səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş, təmsil etdiyi şirkətin BƏƏ-də ekoloji yönümdə fəaliyyət göstərən, xüsusilə çirkab-axıntı sularının, eləcə də, lay sularının təmizlənməsi ilə məşğul olan potensial imkanlı bir şirkət olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. O, şirkətin bu sahədə Meksika körfəzi ölkələrində və BƏƏ-də bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirmişdir.
 Abdulla Ahmed bu görüşün keçirilməsinin məqsədinə diqqət çəkərək qeyd etmişdir ki, əldə etdikləri məlumatlara görə "Ekol Mühəndislik Xidmətləri" QSC Azərbaycanda prioritet ekoloji layihələrin həyata keçirilməsi sahəsində özünü təsdiq etmiş bir şirkətdir. Bu səbəbdən də ekoloji layihələrin icrasına investisiya qoymaq, bu sahədə Birgə Müəssisə yaratmaq QSC ilə əməkdaşlıq etmək niyyətindədirlər.
 Sonra şirkətin eksperti Maqsud Babayev "Black Gold Neftkimya LLC" şirkətinin  çirkab və lay sularının təmizlənməsi texnologiyaları haqqında məlumatları və elektron informasıyaları görüş iştirakçılarına təqdim etmiş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.
 Sonda qərara alınmışdır ki, "Black Gold Neftkimya LLC" şirkətinin mütəxəssisləri lay sularının analitik təhlilləri və təmizləmə texnologiyalarının pilot layihəsi haqqında konkret təkliflər paketini hazırlayaraq növbəti görüşdə müzakirəyə çıxarsınlar. Tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin yaradılması və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi isə yalnız bu müzakirələrin nəticəsindən asılı olacaqdır.
 Bununla da görüş işgüzar və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.
 

tarix : 14.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.