ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümü işləri geniş vüsət almışdır

   Yazın gəlişi ilə əlaqədar olaraq, respublikamızın yaşıllaşdırma və bağçılıq təsərrüfatlarında mövsümi işlərə başlanmışdır. Baharın gəlişi ilə torpağın oyanması bağ - bağçalarda və yaşıllıq sahələrində bir canlanma yaradıb. İndi bütün  bağçılıq təsərrüfatlarında ağacların budanması, yeni ağacların əkilməsi və sahələrdə abadlıq işlərinin aparılması istiqamətində  müvafiq tədbirlər görülür.

   "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də yaz mövsümü işləri geniş vüsət almışdır. Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət sahələrində ağacların diblərinin boşaldılması, suvarılması və gübrələrlə təmin edilməsi, həmçinin bərpa işlərinin aparılması istiqamətində zəruri aqrotexniki tədbirlər həyata  keçirilir. TRD-nin istixanasında da mövsümə hazırlıq işləri başa çatdırılmış, bu yaz  mövsümündə sahələrin bərpası məqsədilə minlərlə ağac və gül kollarının  tingləri  hazırlanmışdır. Bitkilərin  il ərzində optimal suvarılması, mühafizə edilməsi və gübrə ilə təmin olunması məqsədilə bütün qabaqlayıcı tədbirlər görülmüşdür.
   Mövsümü tədbirlər çərçivəsində aprelin 4-də ARDNŞ-nin təşkilatçılığı ilə keçirilən iməcilikdə, QSC-nin xidmət göstərdiyi "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahəsinə 2 min 700 ədəd müxtəlif növ ağac əkilmiş və bu tədbirlər davam etməkdədir. Xatırladaq ki, QSC-nin TRD-nin xidmət sahələri ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində və "Azneft" İB-nin "Abşeronneft", "BibiHeybətneft" və H.Z.Tağıyev adına (Qala sahəsi) neftqazçıxarma idarələrinin reabilitasiya olunmuş mədən ərazilərində 74 min 151 ədəd müxtəlif ağac növlərinə və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin digər yaşıllıq sahələrində də yaz mövsümü işlərinə start verilmişdir. Hazırda QSC-nin TRD-nin inzibati binasının ərazisində (Zığ qəsəbəsi, Hovsan yolu ünvanında yerləşən), həmçinin O.Vəliyev 1 ünvandakı yaşıllıq sahələrində mövsümü işlər yüksək templə davam etdirilir. Bununla əlaqədar olaraq, zəruri təsərrüfat işləri görülür, ağaclar budanır, yeni ağaclar əkilir və sahələr abadlaşdırılır.
   QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 

tarix : 17.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.