ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC- də növbəti iməcilik keçirilmişdir

      ARDNŞ-nin 2015-ci il üçün “Ətraf  mühitin  mühafizəsi” tədbirlər planına uyğun olaraq aprelin 18-də “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC-nin kollektivinin çoxsaylı nümayəndələrinin  iştirak ilə bütün xidmət sahələrini əhatə etmişdir.

     İməcilikdə xidmət sahələrindəki yaşıllıqlara mövsümü qulluq göstərilmiş, ərazilərdə kifayət qədər təmizlik və abadlıq işləri yerinə yetirilmişdir.  Təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənmiş və tullantılar sahələrdən kənarlaşdırılmışdır.
     Bu iməcilik həm də, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin yaranmasının 9 illiyinə həsr olunmuşdur. Xatırladaq ki, «Ekol Mühəndislik Xidmətləri» QSC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır.
      İməciliyin  növbəti  şənbə günündə də keçirilməsi nəzərdə tutulmuşdur.
    
 

tarix : 18.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.