ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də neftşlamın xarakteristikalarının öyrənilməsi və emalı texnologiyalarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

       Neftşlam neftin hasilatı, saxlanılması, daşınması və emalı prosesində formalaşır. Neft sənayesi sahələrində  formalaşan neftşlam ətraf mühitə mənfi  təsir edən əsas amillərdən biridir. Bununla əlaqədar olaraq, neftşlamın emalı və zərərsizləşdirilməsi,  onun tərkibində olan komponentlərin təkrar xammal kimi istifadəsi günün  aktual ekoloji problemlərindəndir.

       Tədqiqatlarla müəyyən edilmişdir ki, faza tərkibinə görə neftşlam üç hissədən, neft məhsulları, su və mexaniki qarışıqlardan ibarətdir. Neftşlamın tərkib komponentlərinin nisbəti xam neftin növündən, neftin emalı prosesindən, axıntı sularının təmizlənməsi üçün istifadə olunan reagentlərdən və s. asılı olaraq dəyişir.  Açıq anbarlarda uzun müddət saxlanılan neftşlam  isə keyfiyyət etibarilə dəyişir. Zaman keçdikcə yüngül fraksiyaların buxarlanması, neft məhsullarının oksidləşməsi və qətranlaşması nəticəsində neftşlam daha çətin emal olunan kütləyə çevrilir.
       Hal-hazırda neftşlamın bir sıra utilizasiya texnologiyaları mövcuddur. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi Neft Emalı Zavodlarında formalaşan  neftşlamın  emalı və zərərsizləşdirilməsi  isə İsveçin "Alfa laval" şirkətinin istehsalı, məhsuldarlığı 30 m3/saat olan  dekantor və İtaliyanın "Pieralisi" şirkətinin istehsalı, məhsuldarlığı 20 m3/saat olan trikantor  qurğuları vasitəsilə həyata keçirilir.   Emal olunan neftşlam quru qalığa və neftli suya ayrılır ki, sonradan bu sular mexaniki  üsulla təmizlənərək neft məhsullarından ayrılır. Maye fazadan ayrılmış neft məhsulları təkrar emala göndərilir.
       QSC-nin Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar laboratoriyası  tərəfindən mütəmadi olaraq təmizləyici qurğuların  giriş və çıxışından nümunələr götürülərək analitik təhlillər aparılır. Nəticədə qurğunun effektivliyi, neftşlamın bərk və maye fazalarının nümunələrində neft məhsullarının, mexaniki qarışıqların və suyun miqdarı müəyyən edilir. Bununla yanaşı neftşlamın emalı və zərərsizləşdirilməsinin digər üsulları da araşdırılır, bioloji və kimyəvi maddələrin təsiri ilə neft məhsullarının daha effektiv ayrılması istiqamətində laborator sınaq təcrübələri aparılır. Tədqiqatların  nəticəsi isə emal texnologiyalarının və qurğularının  seçilib tətbiq edilməsi üçün zəmin yaradır.
      "Ekol Mühəndislik Xidmətləri" QSC neftşlamın xaraskteristikalarının yeni üsullarla  öyrənilməsi və ən müasir texnologiyaların seçilib gələcək layihələrə tətbiq edilməsi istiqamətində  araşdırmalarını davam etdirir.
   
 
 

 

tarix : 22.04.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.