ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Almaniyanın "Mena Water" şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir

       "Ekol Mühəndislik Xidmətləri" QSC   məişət-fekal, sənaye-çirkab  və lay sularının yüksək səviyyədə  təmizlənməsi üçün,   müasir  texnologiyaların əldə olunması  istiqamətində axtarışlarını davam etdirir və bu məqsədlə  dünyanın  analoji şirkətləri ilə işgüzar görüşlər keçirir.   Növbəti görüş isə mayın 5-də, QSC-nin baş ofisində Almaniyanın "Mena Water" şirkətinin  icraçı direktoru Atif Gafar ilə olmuşdur.  Görüşdə QSC-nin  baş direktorun  istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini  Rəşad  İsmayılov,  əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.

       Məzahir Hüseynov qonaqları səmimi salamlayaraq  bir gün əvvəl QSC-nin  istehsalat sahələrində olduqları zaman onlarda yaranan təəssüratlarla maraqlanmışdır. O, bu görüşün səmərəliliyinə, məişət-fekal, sənaye-çirkab  və lay sularının təmizlənməsi sahəsində yeni texnologiyalar barədə maraqlı məlumatların əldə olunacağına əminliyini bildirmişdir.  Sonra söz qonağa verilmişdir.
      "Mena Water" şirkətinin  icraçı direktoru səmimi qəbul üçün QSC rəhbərliyinə öz dərin minnətdarlığını bildirmiş  və görüş iştirakçılarına  rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə qısa məlumat vermişdir.  Atif Gafar qeyd etmişdir ki, sahibi olduğu bu şirkət əsasən  məişət-fekal, sənaye-çirkab və lay sularının  müxtəlif texnologiyalarla  təmizlənməsi ilə məşğuldur.  13 ölkədə nümayəndəliyi və istehsalat sahələri fəaliyyət göstərir. Şirkətdə 170 nəfərə qədər  ixtisaslı mütəxəssislər çalışır.
       Atif Gafar  "Mena Water" şirkətinin   suların  təmizlənməsi texnologiyalarının prezentasiyasını görüş iştirakçılarına nümayiş etdirmiş və onlara ətraflı izahat vermişdir. Sonra mövzu ətrafında geniş müzakirələr aparılmış və sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.
       Sonda Məzahir Hüseynov maraqlı prezentasiyaya və ətraflı məlumata görə qonağa öz təşəkkürünü bildirmişdir və qərara alınmışdır ki, QSC-nin  təmizlədiyi sulardan nümunələr götürülərək "Mena Water" şirkətinin   laboratoriyasında təhlillər aparılsın və nəticələrə uyğun olaraq  konkret təkliflər hazırlanaraq  növbəti görüşdə müzakirəyə çıxarılsın.   Bununla da  qarşılıqla anlaşma şəraitdə keçən görüş başa çatmışdır.
 
 
 

 

 

tarix : 06.05.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.