ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar nərd turniri keçirilmişdir

     Ulu öndər  Heydər  Əliyevin  anadan olmasının 92-ci ildönümü ilə  əlaqədar,  respublikamızda  həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də  bir sıra tədbirlər nəzərdə tutulmuşdur.

     Mayın 7-də Həmkarlar  İttifaqı  Komitəsinin təşkilatçılığı ilə  ümummilli liderin 92-ci ildönümü ilə əlaqədar  keçirilən nərd  turnirinə  QSC-nin ayrı-ayrı istehsalat sahələrində  çalışan 26 nəfər  həvəskar  qatılmışlar.
     Turnirin açılışında  çıxış edənlər,  QSC-nin   baş direktorunun  istehsalat üzrə müavini-Texniki  direktor  Məzahir  Hüseynov, baş direktorun  SƏTƏM  üzrə müavini Rəşad İsmayılov,  İctimai sosial şöbənin rəisi - YAP  "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və Həmkarlar  İttifaqı Komitəsinin sədri  Əli Ələkbərov ümummilli lider, müasir Azərbaycanın  Respublikasının memarı Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun müstəqilliyimizin əldə  olunmasında və respublikamızın hərtərəfli inkişafında göstərdiyi  misilsiz  xidmətlərindən   danışmışlar.  Sonra  HİK-nin sədri  Əli  Ələkbərov  yarışın  şərtlərini iştirakçılara izah etmiş  və  turnirə start verilmişdir.
     Gərgin mübarizə və şəffaf  şəraitdə  keçən turnirin final mərhələsində  qaliblər müəyyən olunmuşdur.  I yerə  Texniki təhlükəsizlik şöbəsinin mühəndisi  Əjdər Veysov, II yerə İnzibati təsərrüfat şöbəsinin təsərrüfat müdiri Rafiq Alışov, III yerə isə  Elektromexanika  sexinin  qazanxana  operatoru  Əsəd Şükürov layiq görülmüşlər.
      Sonda  QSC-nin baş direktorunun ümumi işlər üzrə müavini İsrafil Əliyev qalibləri təbrik edərək onlara yeni-yeni qələbələr arzulamış,   xüsusi  diplom,  kubok və pul mükafatlarını onlara  təqdim etmişdir.
 
 
 

 

 

tarix : 07.05.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.