ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də Ulu öndər Heydər Əliyevin 92-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir

       Mayın 8-də,  QSC-nin  baş ofisində  Ulu öndərin 92-ci ildönümünə həsr olunmuş  anım mərasimi   keçirilmişdir.  Mərasimdə çıxış edən QSC-nin  baş direktoru Ramil Əliyev  həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən danışmışdır. 

       QSC kollektivinin gənc üzvləri öz çıxışlarında  suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət  Heydər  Əliyevin  həyat və fəaliyyətindən  böyük fərəh hissi ilə danışmışlar. Qeyd olunmuşdur ki,  Azərbaycan  tarixində xalqının birliyi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan  və uğurlu, dayanaqlı nəticələrə nail olan, Azərbaycanının milli qürurunu özünə qaytaran, dövlətimizi öz  tükənməz  sərvətinin  sahibi edən  ən müdrik  və ən  cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olmuşdur.
       Çıxışlarda xüsusilə vurğulanmışdır ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası  Azərbaycanı  düşdüyü  bəlalardan xilas etmək olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdi. Bu gün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən Ulu öndərin siyasi kursu uğurla davam etdirilir və bu uğurlu siyasət nəticəsində  ölkəmiz regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.  Mərasim iştirakçıları inamla qeyd etmişlər ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan  xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
       Mərasimdə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın banisi və qurucusu Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsi, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsi və onlarda fəal  vətəndaşlıq mövqeyinin formalaşdırılması məqsədi ilə,  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nəzdində yaradılmış "Heydər Əliyev irsini öyrənək!" Heydər Əliyev Məktəbinin fəal dinləyicisi olmuş QSC kollektivin bir neçə nəfər gənc üzvünə  sertifikatlar təqdim olunmuşdur. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən  video çarx  da  iştirakçılar tərəfindən maraqla izlənilmişdir. 
 
 
 

 

 

tarix : 08.05.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.