ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Birinci Avropa Oyunlarına hazırlıq tədbirlər planı çərçivəsində növbəti iməcilik keçirilmişdir

      2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə  əlaqədar  respublikamızda irimiqyaslı tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində də məqsədyönlü tədbirlər həyata keçirilir.  Hazırda xidmət sahələrinin  abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və yaz mövsümü işləri geniş vüsət almışdır.

     Bakı şəhərinin cənub giriş qapısı olan  BibiHeybət sahəsində də  geniş planda  işlər yerinə yetirilir. QSC-nin xidmət göstərdiyi "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahəsində isə xüsusi canlanma müşahidə edilir.
    Mayın 13-də QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD)  əməkçilərinin iştirakı və  "Azneft" İstehsalat Birliyinin dəstəyi ilə  həmin ərazidən keçən   magistiral  yolun ətrafında  İtaliyadan gətirilmiş yeni şam ağaclarının əkilməsinə start verilmişdir. Qısa  müddətdə ərazidə 2 min 500 ədəd belə  ağacın əkilməsi nəzərdə   tutulmuşdur. Hazırda işlər davam etdirilir.
     Eyni zamanda bu tədbirlərin davamı olaraq, mayın 16-da “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir. İməcilik  QSC-nin kollektivinin çoxsaylı nümayəndələrinin  iştirak  ilə bütün xidmət sahələrini əhatə etmişdir.
    İməcilikdə xidmət sahələrindəki yaşıllıqlara mövsümü qulluq göstərilmiş, ərazilərdə kifayət qədər təmizlik və abadlıq işləri yerinə yetirilmişdir.  Təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənmiş və tullantılar sahələrdən kənarlaşdırılmışdır.

 
 
 

 

 

 

tarix : 16.05.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.