ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Texniki təhlükəsizlik qaydalarına əməl olunması "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində  texniki təhlükəsizliyin  və yanğından mühafizənin  təmin edilməsi, təhlükəsiz  əmək  şəraitinin  yaradılması və  bu işlərin  OHSAS - 18001 beynəlxalq standartlarının tələbləri səviyyəsində təşkil etmək istiqamətində davamlı tədbirlər həyata keçirilir.  Bu məqsədlə  QSC-nin  xidmət sahələri müasir texniki təhlükəsizlik  və yanğından mühafizə vasitələri, təlimatlar və müvafiq ədəbiyyatlarla təchiz edilmiş, işçilər xüsusi geyimlər və tibbi yardım ləvazimatları ilə təmin olunmuşlar.

      QSC-nin Texniki təhlükəsizlik şöbəsi tərəfindən  texniki təhlükəsizliyin illik tədris proqramına uyğun olaraq işçi personala vaxtaşırı  təlimlər və məşqlər keçirilir, təyin olunmuş vaxtlarda  onların bilik səviyyələri  yoxlanılır və geniş izahat işləri aparılır.
      Həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun  05 may 2015-ci il tarixli, 01/S  saylı sərəncamı ilə   iyunun  1-dən  6-dək  müəssisədə çalışan  fəhlə və sürücülərin  növbəti dəfə  əməyin  mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılması imtahanının keçirilməsinə qərar verilmişdir.
       İmtahan  "Fəhlə və sürücülərin  əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları  üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin  yoxlanılması qaydaları  haqqında" təlimata uyğun olaraq keçirilməsi planlaşdırılmışdır.  İmtahanın  daha şəffaf,  daha  səmərəli keçməsi və gələcək hədəflərin müəyyən edilməsi üçün Texniki təhlükəsizlik şöbəsi tərəfindən  bütün tədbirlər görülmüş, sual və cavablar hazırlanaraq əvvəlcədən struktur bölmələrinə çatdırılmışdır.
     QSC-də texniki təhlükəsizlik işlərinin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində işlər davam etdirilir.

 
 

 

 

tarix : 25.05.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.