ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC XXII Beynəlxalq "Xəzər Neft, Qaz, sərgisində iştirak edir.

Bu gündən Bakı EKSPO mərkəzində Xəzəryanı regionunun energetika sektorunda ən böyük tədbir sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisi və konfransı keçirilir. Sərgidə dünyanın 27 ölkəsindən 300-dən artıq şirkəti iştirak edir. Beləliklə, sərgi və konfrans uzun müddət keçirilməsinə baxmayaraq hələ də dünya neft-qaz elitasının diqqət mərkəzindədir. Azərbaycanın  paytaxtında artıq 22-ci dəfə reallaşan bu sərgiyə bütün dünyada böyük maraq var. Sərgi və onun gedişində keçirilməsi nəzərdə tutulan elmi konfrans çox böyük əhəmiyyət kəsb edir. Konfransın əsas mövzularından biri neft, qaz və energetika sahəsində mövcud vəziyyətin müzakirəsi və qarşıda duran problemlərin aradan qaldırılması yollarının araşdırılmasıdır.

Sərgidə nümayiş etdirilən texnika və texnologiyalar Azərbaycanda neft-qaz sənayesinin inkişafı və nəhəng enerji layihələrinin icrasının uğurla başa çatması üçün yeni bir addım olacaqdır.
Yüksək səviyyədə təşkil olunmuş sərgidə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və eləcə də dövlət müəssisələri arasında tanışlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş bir şərait yaradılmışdır.
“Ekol Mühəndislik Xidmətləri” QSC  də öz fəaliyyət sahələrini və həyata keçirdiyi ekoloji layihələrini əks etdirən maraqlı stendi ilə bu sərgidə. iştirak edir. QSC-nin faəliyyətini əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Xəzər neft və qaz sərgi və konfransı həm qlobal, həm də regional səviyyələrdə yeni əlaqələrin qurulmasına, mövcud əməkdaşlığın bundan sonra da dərinləşməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir.

 
 
 

 

 
 
 

tarix : 02.06.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.