ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

5 iyun – "Ümumdünya Ətraf Mühit Günü" münasibəti ilə “Ekol Mühəndislik Xidmətləri” QSC – də müxtəlif tədbirlər keçirilmişdir.

       XX əsrin ortalarında, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər öz mənfi nəticələrini büruzə verməyə başlamışdı. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. İştirakçılar problemin kəskinliyini nəzərə alaraq, bütün diqqətin ətraf mühitin mühafizəsi problemlərinə yönəldilməsini vacib bilərək, 5 iyunun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Bu tədbir Azərbaycanda da ekoloji problemlərə verilən önəmi bir daha ortaya qoydu.

      "Ekol Mühəndislik Xidmətləri" QSC  bu gün münasibəti ilə hər il müxtəlif tədbirlər keçirir.  Bu baxımdan, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində və istehsalat sahələrində toplantılar keçirilmişdir. Əlamətdar gün münasibətilə keçirilən toplantıda QSC-nin rəhbərliyi və mütəxəssis heyyəti iştirak etmişdir. Tədbirdə çıxış edən natiqlər "Ümumdünya Ətraf Mühit Günü"-nün yaranma tarixi və əhəmiyyəti, Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində görülən işlər mövzusunda ətraflı məruzələr etmişdir.

Toplantıda "Ekol Mühəndislik Xidmətləri" QSC –nin 4 nəfər işçisi ətraf mühitin mühafizəsi sahəsində səmərəli faəiyyətlərinə görə Fəxri Fərmanla mükafatlandırıldı. Həmçinin EMD-nin ekoloqu Ceyhun Əsgərovun  təkrar emala gedən tullantılardan hazırlamış olduğu müxtəlif əl işləri nümayiş etdirildi və bu böyük marağa səbəb oldu.

      Toplantıda digər çıxış edənlər də, ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına  və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət etdiyini və bu sahədə ardıcıl tədbirlərin görülməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğunu xüsusilə vurğuladılar.

 
 
 

 

 

tarix : 05.06.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.