ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri" QSC-də Bakı Dövlət Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər

      2 İyun tarixindən etibarən, ali təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədi ilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantılarin Emali Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına neft emalı zavodundan daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahəsində istehsalat təcrübəsi keçirilir.

    İstehsalat təcrübəsində Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakultəsinin 25 nəfərdən ibarət III kurs tələbə heyyəti iştirak edir. Ekoloji Monitorinq Departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında geniş məlumat vermişdir.  Həmçinin onları sənaye-çirkab, axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi qaydaları,  eləcə də  texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış etmişdir.

      İstehsalat təcrübəsi müddətində tələbələr, təmizləyici qurğunun effektinin müəyyənləşdirilməsi üçün qurğuya daxil olan sənaye axıntı sularının ayrı-ayrı mərhələlərdə iş prinsipini öyrənir, qurğunun çıxışından su nümunələrinin götürülməsi və laboratoriyada fiziki kimyəvi təhlillərinin aparılması ilə bağlı təcrübələr keçirlər. İstehsalat təcrübəsi iyun ayının 23-nə qədər davam edəcəkdir.

 
 
 
 

 

 
 

 

tarix : 09.06.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.