ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir

       Milli Qurtuluş Günü kimi tariximizə daxil olmuş15 iyun , Azərbaycanın ağrılı acılı günlərini yaşayan  hər bir insan üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın gələcəyində, inkişafında, müstəqilliyində müstəsna  rol oynayan ümummilli liderimiz Heydər Əliyev olmuşdur.

       Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qətiyyətli qayıdışı xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyev Azərbaycanda vətəndaş birliyinin yaranmasına nail oldu. Bu birliyin yaranması isə böyük azərbaycançılıq ideyasının təməlinin qoyulmasına xidmət edirdi. Beləliklə, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş , apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz düşdüyü qeyri-sabitlikdən xilas olmuş, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasətini bu gün  onun layiqli davamçısı, Azərbaycanı günü-gündən gücləndirən prezident İlham Əliyev davam etdirir.
      "Ekol Mühəndislik Xidmətləri" QSC-də rəhbərliyin və kollektivin iştirakı ilə  bu günə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev və  digər natiqlər Milli Qurtuluş gününün şanlı tarixindən, Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlərin  miqyasından və misilsiz xidmətlərindən danışmışlar. Çıxışlardan sonra ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Sonda Milli Qurtuluş gününü əks etdirən video çarxların  nümayişi tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.
 
 
 

 

 

tarix : 11.06.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.