ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də NANOPROTECH şirkətinin ACP GROUP nümayəndələri ilə görüş keçirilmişdir.

 "Ekol Mühəndislik  Xidmətləri" QSC-də  nanotexnologiyaların   əldə olunması məqsədilə növbəti görüş keçirilmişdir. Bu görüş iyunun 17-də QSC-nin baş ofisində  NANOPROTECH  şirkətinin  ACP GROUP nümayəndələri ilə keçirilmişdir.

 Görüşdə QSC-nin Baş direktorunun ümumi işlər üzrə müavini Əliyev İsrafil, Ekoloji Monitorinq Departamentinin rəisi Albuşov Şahabiddin və digərləri iştirak etmişlər. Əliyev İsrafil qonaqları salamlayaraq, QSC haqqında görüş iştirakçılarına məlumat vermişdir.  Sonra o,  prezentasiyanı keçirmək üçün sözü NANOPROTECH  şirkətinin ACP GROUP  direktoru Emin Quliyev və marketinq üzrə meneceri  Emil Vəliyevə vermişdir. Şirkətin nümayəndələri təmsil etdiyi şirkətin fəaliyyəti, həyata keçirdiyi  layihələr və əməkdaşlıq əlaqələri barədə görüş iştirakçılarına məlumat vermiş, elektron  məlumatları onların  diqqətinə  çatdırmışdır. Məlum olmuşdur ki, şirkətin nəm və korroziyaya qarşı istehsal etdiyi yeni məhsul Rusiyanın 50-dən çox regionlarında və digər ölkələrdə tətbiq olunur.  NANOPROTECH şirkətinin məhsulları çoxsaylı sınaqlar əsasında öz keyfiyyətini sübut etmişdir. Sonra mövzu ətrafında geniş müzakirələr aparılaraq bir sıra məsələlərə aydınlıq gətirilmiş və bu texnologiyaların "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsinin  mümkün variantları barədə fikirlər söylənilmişdir. QSC-nin nümayəndələri maraqlı məlumatlara və təklifə görə  NANOPROTECH şirkətinin nümayəndələrinə təşəkkürünü bildirərək qeyd etdilər ki,  təklif olunan məhsulların  QSC-nin xidmət sahələrinə  tətbiq olunması üçün öncə araşdırmalar aparılmalı və konkret nəticələr əldə edilməlidir.  Yalnız bundan sonra əməkdaşlıq əlaqələrinin mümkün variantlarını müzakirə etmək olar. NANOPROTECH şirkətinin nümayəndələri  ilə görüş qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.
 
 
 

 

 

tarix : 18.06.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.