ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri" QSC-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə istehsalat təcrübəsi keçirilir

      Ali və orta ixtisas təhsilli  tələbələrin müəssisələr üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə ilə əlaqədar olaraq ,“Ekol Mühəndislik Xidmətləri” QSC və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi əsasında 6 iyul tarixindən etibarən, tələbələrin maarifləndirilməsi məqsədi ilə, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına NEZ-dan daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahədə istehsalat təcrübəsi keçirilir.

   İstehsalat təcrübəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin “ST və MKS” fakultəsinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə 11 nəfərdən ibarət olan III kurs tələbə heyyəti iştirak edir. Təcrübənin əsas məqsədi tələbələrin ali və orta ixtisas məktəblərində aldığı nəzəri bilikləri möhkəmləndirib dərinləşdirmək, ixtisaslarının profil və xüsusiyyətindən asılı olaraq sonrakı əmək fəaliyyətində istifadə etmək, elmi-tədqiqatlarla, yeni texnologiya  və iş üsulları ilə tanış olmaqdır.
   Ekoloji Monitorinq Departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələri "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası, əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında məlumatlandırmışdır. Sonra onları sənaye-axıntı sularının   təmizləyici qurğular və avadanlıqlarda mexaniki, fiziki – kimyəvi üsullarla təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, dekantr və trikantr qurğularının iş prinsipi, çirklənmiş torpaqların mexaniki, fiziki, bioloji üsullarla rekultivasiyası və bioremediasiyası, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması və aqrotexniki xidmətlərin göstərilməsi qaydaları və digər texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış etmişdir.
   İstehsalat təcrübəsi müddətində tələbələr H.Əliyev adına NEZ-nun 9-cu sahəsinin  ərazisində fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsindəki mexaniki təmizləyici qurğular sistemində təmizləyici qurğularının effektivliyinin müəyyənləşdirilməsi üçün qurğuya daxil olan sənaye axıntı sularının ayrı-ayrı mərhələlərdə iş prinsipini öyrənir, qurğunun çıxışından su nümunələrinin götürülməsi və laboratoriyada suyun fiziki və kimyəvi  analizlərinin  aparılması ilə bağlı təcrübələr keçirlər. İstehsalat təcrübəsi iyul ayının 19-na qədər davam edəcəkdir.
 
 
 

 

  

tarix : 21.07.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.