ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC –də Amerikanın OSEİ-Oil Spill Eater İnternational Gorp şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

    "Ekol Mühəndislik Xidmətləri" QSC-də  ətraf mühitin çirklənməsinin qarşısını almaq sahəsində əlverişli üsulların axtarışı və tətbiqi  istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə   bir çox xarici şirkətlərlə görüşlər  keçirilir və   əməkdaşlıq əlaqələri yaradılır.

    Növbəti görüş "Ekol Mühəndislik  Xidmətləri" QSC –nin baş ofisində Amerikanın OSEİ-Oil Spill Eater  İnternational Gorp şirkəti ilə keçirilmişdir. Bu görüşdə  SOCAR-ın baş idarəsinin ,  Ekoloiya idarəsinin,  Azneft İstehsalat birliyinin nümayəndələri ilə cəmiyyətin rəhbərliyi və mütəxəssisləri iştirak etmişdir. 
    Baş direktor  Ramil Əliyev qonaqları səmimi  salamlayaraq onlara "Ekol Mühəndislik Xidmətləri" QSC  haqqında qısa məlumat verdikdən sonra söz qonaqlara təqdim olundu.
    Görüşdə Oil Spill Eater  İnternational Gorp şirkətinin region üzrə meneceri Anar Əliyev neftlə çirklənmiş torpaqların bioremidasiya üsulu ilə təmizlənməsində ətraf mühitə ziyan vurmadan istifadə olunan təhlükəsiz məhsullar barədə geniş təqdimat keçirdi.                  
   Görüş iştirakçıları  tərəfindən mövzu ətrafında geniş müzakirələr aparıldı və sual doğuran məsələlərə aydınlıq gətirildi.  QSC-nin baş direktoru Ramil Əliyev maraqlı məlumatlara və təklifə görə OSEİ-Oil Spill Eater  İnternational Gorp şirkətinin nümayəndələrinə təşəkkürünü bildirdi və eyni zamanda qeyd etdi ki,  təklif olunan məhsulların xidmət sahələrinə  tətbiq olunması üçün öncə ikitərəfli araşdırmalar aparılmalı və konkret nəticələr əldə edilməlidir.
  Qarşılıqlı fikir mübadiləsi əsasında, pilot layihəsinin həyata keçirilməsi barədə razılşma əldə edildi.
 
 
 

 

 

 

tarix : 24.07.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.