ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti 2015-cı ilin I yarımilliyində də yüksək səviyyəli xidmət göstərmişdir

     “Ekol Mühəndislik  Xidmətləri” QSC-də 2015-ci il üçün tərtib edilmiş və cəmiyyətin baş direktoru tərəfindən təsdiq edilmiş iş planına uyğun  ekoloji yönümlü işlərin həyata keçirilməsində Ekoloji Monitorinq Departamentinin (EMD) xidməti qənaətbəxş olmuşdur.

    EMD "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərinin aparılması,  ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və  laborator  xidmətlərin göstərilməsi  işlərini   keyfiyyətlə  yerinə yetirmişdir.
      Yarım il ərzində idarə və müəssisələrdə ekoloji monitorinq işləri aparılmış, fiziki_kimyəvi və kimyəvi təhlillər edilərək laborator xidmətlər göstərilmişdir. SOCAR-ın Kompleks Qazma İşləri
Trestinin Loqistika bölümü, Tamponaj bölümü, Abşeron İstehsalat bölümü (İB), Siyəzən İB, Qaradağ Qalmaz İB, SOCAR-in Qaz Emali Zavodu, “Balakhani Operating Company LTD”-nin Azerbaycan Respublikasindakı filialı, “AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan monitorinq işləri zamanı başlıca diqqət su əsaslı şlamın atılma texnologiyasına, neft, polimer əsaslı qazma şlamın yığılıb təcrid edilməsi problemlərinə və buruq sularının yığılıb zərərsizləşdirilməsi digər tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi, tədbirlərin yerinə yetirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması,konkret təkliflərin üzərində cəmləşdirilmişdir.
      Ötən yarımillikdə EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası da məqsədyönlü fəaliyyət göstərmişdir. QSC-nin istehsalat sahələrində  istismarda olan qurğulardan   mütəmadi olaraq götürülmüş nümunələrdə  fiziki-kimyəvi və kimyəvi təhlillər aparılmış, texnoloji proseslərin təkmilləşdirilməsi üçün konkret təkliflər verilmişdir. KTL-da birinci rüb ərzində SNF Floerger, Nalço Campion şirkətləri ilə sənaye axıntı sularının  təmizlənməsi və neftşlamın zərərsizləşdirilməsi üzrə AKKİM şirkəti ilə birgə sınaqlar aparılaraq, götürülmüş nümunələrdə kimyəvi təhlillər aparılmışdır. 2015-ci ilin altı ayı ərzində götürülmüş 997 nümunə üzərində 3329 təhlil aparılmışdır. KTL-dakı ölçmə vasitələrinin və sınaq avadanlıqlarının dövlət yoxlamasından keçirilməsi barədə fevral ayında Azərbaycan Respublikasını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AzTest mərkəzi ilə bağlanmış müqavilə əsasında işlər həyata keçirilmişdir.
     2015-cı ilin I yarısında QSC-də İnteqrə edilmiş menecment sistemlərinin daxili auditi keçirilmişdir. Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar  barəsində düzəldici tədbirlər müəyyən edilmiş,  uyğunsuzluqların aradan qaldırılmasının   izlənməsi  təmin edilmişdir. 
      Ekoloji Monitorinq Departamenti   sifarişçilərə ekoloji xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətini   səylə davam etdirir.
 
 
 

 

 

 

tarix : 30.07.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.