ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin 2015-ci ilin I yarısındakı fəaliyyəti qənaətbəxş olmuşdur

         Əvvəlki illərdə olduğu kimi 2015-ci  ilin I yarısında da Tullantıların Emalı Departamenti (TED) QSC-nin tullantıların idarəolunması sahəsində  "Sifarişçi"  təşkilatlarla olan  müqavilə öhdəliklərinə  layiqincə əməl etmişdir. I yarımillikdə TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi)   NEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan  4 milyon 482 min m3-ə qədər sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan  6 min 346 tona qədər neftşlam  müasir qurğular vasitəsilə emal edilərək  zərərsizləşdirilmişdir.  TED-nin 4-cü sahəsində isə  ( Heydər Əliyev adına NEZ-nun   9 saylı sahəsi)  2 milyon 691 min m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 4 min 440 ton neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir. Altı ay ərzində "AAS-EKOL" MMC-dən  TED-nin 3-cü sahəsinə (Parafin sexinə) daxil  olan 57 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.

          2015-ci ilin müvafiq dövründə QSC-nin "Sifarişçi" təşkilatları  olan FHN-nin Qəzaxilasetmə xidməti, "Azərbaycan  Xəzər Dəniz Gəmiçilik" QSC-nin Dəniz Neft Donanması,     “AA service”,  “AAS- ATE” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi,  SOCAR-ın Ekologiya və Neft Kəmərləri idarələri, Qaz emalı zavodu,  “AAS- Ekol” MMC və digər  təşkilatlardan qəbul edilmiş 28 min 949 ton/m3-dən çox  müxtəlif növ tullantılar (şlam, neftşlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək   zərərsizləşdirilmişdir.

        2015-ci ilin I yarısında TED-nin xidmət sahələrində  fasiləsizliyinin təmin edilməsi, göstərilən xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə, TED-nin  xidmət sahələrində istismarda olan mexaniki  təmizləyici qurğularda profilaktiki təmir və abadlıq işləri aparılmışdır. İsveçin  dekantor qurğusunda əsaslı təmir işləri görülmüşdür.     
        TED  tullantıların idarə edilməsi sahəsində qarşıda duran vəzifə öhdəliklərinə   yüksək səviyyədə əməl edilməsi istiqamətində  məqsədyönlü  fəaliyyətini davam etdirir.

 
 
 
 

 

 

tarix : 04.08.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.