ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2015-ci ilin I yarımilliyini uğurla başa vurmuşdur

       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi əvvəlki illərdə olduğu kimi 2015-ci ilin 1-ci yarısında üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmiş, sexin minik və yük avtomobilləri eləcə də, xüsusi texnikaları vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli töhvələrini vermişdir.

    Ötən 6 ay ərzində “Suraxanı Oyl Opereyşn” Kompani S.A Şirkətinin mədən ərazilərində lilsovuran avtomobillər vasitəsi ilə 12691 m3 mədən axıntı suları “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” Dəniz Neft Donanma ərazisindən 1245 m3 döşəməaltı lay axıntı suları, SOCAR Ekologiya İdarəsinin ərazisindən 40 m3 neftli, kimyəvi tərkibli suları, SOCAR Neft-qaz tikinti trestinin ərazisindən 10,5 axıntı çirkab suların daşınması həyata keçirilmişdir.
    QSC-nin Torpaqların Rekultivasiyası departamentinin (TRD) xidmət göstərdiyi Abşeron NQÇİ-nin ərazisində 250 ədəd ağac, 25 m3 peyin, 12 m3 torpaq, 230 m3 su daşınmışdır.
Bibiheybət NQÇİ-nin sahəsi üzrə 2750 ağac yeri MTZ-892 markalı “Belarus”-la qazılmış, sahələrə 15 m3 peyin və 10 m3 torpaq Buldozer MST vasitəsilə yayılmışdır. Lilsovuran avtomobillər ilə 170 m3 çirkab su sahədən çəkilmişdir.
    Heydər Əliyev adına NEZ ərazilərində istismarda olan dekantr qurğularının fəaliyyəti nəticəsində formalaşan torpaqlar “Buldozer MUP-351”, “Buldozer Keyz”, “Telahndler MST” vasitəsi ilə özüboşaldan nəqliyyat vasitələrinə yığılaraq xüsusi ərazilərə daşınmışdır.
Nəqliyyat sexi texniki vasitələrlə QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən olan ətraf mühitin qorunması və ekoloji yönümlü işlərin yerinə yetirilməsində də yaxından iştirak etmişdir.
     Bu məqsədlə TRD-nin inzibati binasının ərazisindəki yaşıllıqlarının suvarılmasına  400 m3, İnzibati Təsərrüfat şöbəsinin yaşıllıq sahələrinə 30m3, H.Əliyev adına NEZ ərazisinə 120 m3 su verilmişdir.
    Hər il olduğu kimi bu ildə  Nəqliyyat sexindəki nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 6 ay ərzində nəqliyyat vasitələrinin mövsümü rejimində işləməsi üçün lazımı ehtiyyat hissələri və sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
         Nəqliyyat sexinin kollektivi 2015-ci ildə öz fəaliyyətini QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 
 
 

 

tarix : 18.08.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.