ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2015-ci ilin I yarımilliyi ərəfəsində Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat sahələrinə peşəkarlıqla xidmət göstərmişdir

    "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyinin təmin olunması, qurğu və avadanlıqların daim saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi nailiyyətlərin əldə olunmasına təsir edən əsas amillərdəndir. Bunu nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki illərdə olduğu kimi 2015-ci ilin I yarımilliyində də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.

    2015-ci ilin I  yarımilliyi ərəfəsində  Elektromexanika sexinin kollektivi tərəfindən Tullantıların Emalı Departamentinin 5-ci və 6-cı sahələrində (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi ) yüksək səviyyədə təmir işləri görülmüşdür. “Alfa Laval” şirkətinin dekantr qurğusuna gələn buxar xətti və kondensat xəttinin bir hissəsi yenidən bərpa olunmuş, bıçaqları dəyişdirilmiş, çəndən gələn ümumi xəttə 100 mm-lik yeni xətt çəkilərək birləşdirilmiş, kompressor quraşdırılmış, gərginlik xətləri üçün yeni estekada düzəldilmiş və gərginlik verilərək qurğu işə buraxılmışdır. Dekantr və trikantr qurğularında P-1 və P-2 nasosları yenisi ilə dəyişdirilmiş, patonsiometrlər quraşdırılmışdır.
    6 ay ərzində qrafik əsasında 52, 55 və 30 saylı yarımstansiyalarda  elektrik ampermetri, voltmetri və termometrləri dəyişdirilmiş, bütün mühərriklərin və nasosların yastıqları yağlanmışdır.
    “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Torpaqların Rekultivasiya Departamentinin “Bibiheybət”, A-4, Qala, Pirallahı, Balaxanı sahələrində olan elektrik avadanlıqları təmir olunmuş, işıqlanma  bərpa olunmuş və gərginliklə təmin olunmuşdur.
    Bu ilin I  yarımilliyində  Elektromexanika sexi QSC-nin istehsalat sahələrində qazanxanalarda olan bütün nəzarət ölçü cihazları yenilənmiş, 13, 3, 24 №-li nasoslarının arxa və ön qapaqları təmir olunaraq yerinə yığılıb və yenidən istismara buraxılmışdır. 36, 37 №-li nasosxananın dam örtüyü yenidən bərpa olunmuşdur. 95/1 saylı neft tutucuda FQ nasosu üçün yeni fundament qurulmuş, nasos yerinə qoyulmuş, giriş-çıxış xətləri çəkilmiş, nasosa gərginlik verilmiş və yoxlanılaraq istismara buraxılmışdır. Mütəmadi olaraq VK və “Börger” nasoslarının işlək istismara yararsız hissələri dəyişdirildi.  Sahədə olan  yanğından mühafizə şitləri təmir və bərpa olunmuş, güc kabellərin izolyasiyası yoxlanılmışdır. Flatator nasosxanasında suyun səviyyəsini saxlamaq üçün yeni tənzimləyici xətt çəkilmişdir.
    Cəmiyyətin 1 və 2 saylı sənaye axarlarında olan (20 ədəd) dəmir elektrik paylayıcı şkaflar, təzə plastmas paylayıcı qutularla əvəz olunmuş və onlara gələn kabellər dəyişdirilmişdir. A-1 və A-2 qəza anbarlarını əlaqələndirmək üçün yeni 100 mm-lik xətt çəkilmiş, qəza anbarlarını təmizləyən  draqlayn EO – 5111 B markalı ekskavatorun rahat işləməsi üçün metal örtüklər yığılmışdır. 95/1-dən 95/6-ya qədər şlamı vurmaq üçün yeni 150 mm-lik plastmas boru xətti çəkilmişdir.
    2015-ci ilin 6 ay ərzində  Elektromexanika sexinin kollektivinin məqsədyönlü və işgüzar fəaliyyəti nəticəsində istehsalat sahələrində, təmizləyici və emal qurğularında aparılan mütəmadi cari və əsaslı təmir işləri təmizləmə və emal proseslərinin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Sexin peşəkar mütəxəssislərdən ibarət kollektivi QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətini əzmlə davam etdirir.
 
 
 
 
 

 

tarix : 24.08.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.