ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC SOCAR-ın Qaz Emalı Zavodunun yaşıllıq sahələrində mövsümi işləri davam etdirir.

    “Ekol Mühəndislik Xidmətləri”  QSC öz  fəaliyyətində  neft-qaz sənayesi sahələrində  xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsinə,  həmçinin   mövcud  yaşıllıqlara  yüksək səviyyəli aqrotexniki xidmətlərin  göstərilməsinə böyük önəm verir  və bu istiqamətdə  zəruri tədbirlər həyata keçirir.

     Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamenti  SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində, eləcə də  "Azneft" İB-nin "BibiHeybətneft", "Abşeronneft"  və H. Z. Tağıyev adına NQÇİ-nin mədən ərazilərində 79 min 940 ədəd müxtəlif növ ağac və bəzək  kollarına aqrotexniki xidmətlər göstərir.  Bununla yanaşı  QSC  və  "Azneft" İB  NQÇİ-nin mədən ərazilərində yaşıllıq sahələrinin  genişləndirilməsi məqsədilə  yeni sahələrdə müxtəlif növ ağacların  əkilməsini təmin edir.
     Mövsümi  işlə əlaqədar digər sahələrdə olduğu kimi   SOCAR-ın Qaz Emalı  Zavodunun  ərazisində də  zəruri işlər yerinə yetirilir.   Hazırda Qaz Emalı Zavodunun ərazisində olan 11 min 877 ədəd müxtəlif növ ağac və bəzək kollarına  QSC-nin Torpaqların  Rekultivasiyası Departamentinin 2-ci sahəsinin (yaşıllaşdırma üzrə) işçiləri xidmət göstərirlər. 
     Bu ilin yaz, yay mövsümlərində sahələrdəki ağaclara və bəzək kollarına lazım olan qida maddələri, üzvi və mineral gübrələr, su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
     “Ekol Mühəndislik Xidmətləri” QSC  SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirləri davam etdirir.     
 
 
 

 

 

 

tarix : 03.09.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.