ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 4-cü sahəsinin kollektivi H.Əliyev adına NEZ-nun (9-cu sahəsi) ərazisində ekoloji layihələri uğurla həyata keçirir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların  Emalı  Departamentinin 4-cü sahəsinin kollektivi H. Əliyev adına NEZ-nun (9-cu sahəsi) istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində,  zavodun ərazisində formalaşan sənaye-çirkab sularının təmizlənməsinə, eləcə də  neftşlamın emalına  və  zərərsizləşdirilməsinə  xüsusi diqqət yetirilir. Bu layihələr  2007-ci ildən başlayaraq NEZ-nun 9-cu sahənin ərazisində  fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin  (TED) 4-cü sahəsi tərəfindən  uğurla icra olunur.

      NEZ-nun 9-cu sahəsində əsas çirklənmə mənbəyi olan və uzun illər yığılıb qalmış, eləcə də texnoloji proseslər nəticəsində  formalaşan  neftşlamın emal edilərək zərərsizləşdirilməsi, sənaye-çirkab sularının təmizlənməsi məhz TED-nin 4-cü sahəsinin  kollektivinin  səmərəli fəaliyyətinin  nəticəsidir. Qeyd etmək lazımdır ki,  TED-nin 4-cü sahəsində avqust ayı ərzində orta hesabla   272 min m3-ə qədər sənaye çirkab suları təmizlənmiş, 484 tondan çox  neftşlam  emal edilərək zərərsizləşdirilmişdir, bu da  zavod ərazisinin   ekoloji vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərir.
     TED-nin 4-cü sahəsinin kollektivi tullantıların idarəolunması, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyətin yaxşılaşdırılması  məqsədilə,  qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, həmçinin  texnoloji reqlamentə dəqiq  əməl olunması sahəsində mütəmadi olaraq məqsədyönlü  tədbirlər həyata keçirir. 2015-ci ilin müvafiq dövründə də bu sahədə  zəruri işlər yerinə yetirilmişdir.
       H.Əliyev adına NEZ-nun ərazisində  ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə həyata keçirilən tədbirlər planı çərçivəsində TED-nin 4-cü sahəsinin üzərinə düşən vəzifələrə layiqincə  əməl olunması istiqamətində tədbirlər hazırda da  davam etdirilir.
 
 
 

 

 

 

tarix : 10.09.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.