ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabr “Neftçilər günü”nə öz layiqli tövhələrini vermişdir

    1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Həmin ildən  Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər. 

    SOCAR-ın fəaliyyət sahələrində prioritet ekoloji layihələr həyata keçirən "Ekol Mühəndislik Xidmətləri" QSC də hər il olduğu kimi, bu il də 20-sentyabr “Neftçilər Günü” ərəfəsində böyük nailiyyətlər əldə etmişdir. 2015-ci ilin müvafiq dövründə QSC-nin “Sifarişçi” təşkilatları olan SOCAR-ın H.Əliyev adına Neft Emalı zavodu, Qaz Emalı Zavodu, Ekologiya və Neft Kəmərləri idarələri, SOCAR-ın Kompleks Qazma İşləri Tresti, FHN-in Qəzaxilasetmə xidməti, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC, “AA Services”, “AAS-ATE” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “AAS-Ekol” MMC və digər təşkilatlardan qəbul edilmiş müxtəlif növ tullantılar (şlam, neftşlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) Tullantıların Emalı Departamenti (TED) tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilmişdir.
    QSC-nin Torpaqların Rekultivasiya Departamenti (TRD) tərəfindən SOCAR-ın fəaliyyət sahələrində çirklənmiş torpaq sahələri təmizlənmiş, həmin ərazilərdə landşaftın bərpası təmin olunmuş və yaşıllıqlar salınmışdır. Eyni zamanda, SOCAR-ın “Azneft” İB-nin “H.Z.Tağıyev”, “Abşeronneft” və “Bibiheybətneft” NQÇİ-nin mədən ərazilərində ümumilikdə 68063 ədəd, eləcə də Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 11877 ədəd müxtəlif növ ağac və bəzək koluna yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilmişdir.
     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamentinin (EMD) 2015-ci ilin müvafiq dövründə normativ-texniki sənədlərin işlənib hazırlanması sahəsində xeyli iş görmüş və vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Müəssisələrdə ekoloji monitorinq işləri aparılmış, fiziki_kimyəvi və kimyəvi təhlillər edilərək laborator xidmətlər göstərilmişdir. SOCAR-ın Kompleks Qazma İşləri Trestinin, “Balakhany Oil Operation Company LTD, “AzGerneft” MMC-də aparılan monitorinq işləri zamanı başlıca diqqət su əsaslı şlamın atılma texnologiyasına, neft, polimer əsaslı qazma şlamın yığılıb təcrid edilməsi problemlərinə və buruq sularının yığılıb zərərsizləşdirilməsi digər tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi, tədbirlərin yerinə yetirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, konkret təkliflərin üzərində cəmləşdirilmişdir.
QSC 2015-ci ilin müvafiq dövründə “Sabunçu rayon ərazisində Bakı Olimpiya İdman Kompleksinin tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” və “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi” layihələrinin icrasını da uğurla həyata keçirmişdir.
2015-ci ildə "Ekol Mühəndislik Xidmətləri" QSC  və Türk Standartları İnstitutunun tədqiqatçıları ilə birgə Beynəlxalq İdarəetmə Sistemlərinin (BİS) tələblərinə əməl olunması və bu standartların dərindən mənimsənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
   Ekoloji vəziyyətin yaxşılaşdırılması və insanların sağlamlığına təsir göstərən mənfi amillərin aradan qaldırılması missiyasını yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC, gələcəkdə də respublikamızda, xüsusilə SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində modern bir şirkət kimi fəaliyyətini davam və inkişaf etdirəcəkdir.
 
 
 

 

 

 

tarix : 20.09.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.