ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də çalışan işçilərin tibbi müayinəsi davam edir

    "Ekol Mühəndislik  Xidmətləri"  QSC-də çalışan işçi personalın sağlamlığının qorunması, texniki təhlükəsizliyinin təmin edilməsi,  iş şəraitlərinin yaxşılaşdırılması və onların  sosial problemlərinin həlli "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Tədbirlər sırasında  işçilərin sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının vaxtında alınması məqsədilə, müəssisənin maliyyə vəsaiti hesabına  işçi personalının ildə bir dəfə tibbi müayinədən keçirilməsinə  xüsusi önəm verilir.

     Bununla əlaqədar olaraq, cəmiyyətimiz ilə “Modern Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq müqavilə imzalanmış  və bu müqaviləyə  əsasən işçi personalı  ildə bir dəfə burada tibbi müayinədən (Check Up) keçirilir.  “Modern Hospital”-da yüksək bilik və bacarığa malik olan həkim personalı xidmət göstərir. Eyni zamanda,  işçilərin sağlamlığının qorunması məqsədi ilə QSC-nin Meqa Sığorta Şirkəti  ilə olan müqaviləsi əsasında işçilərimiz  tibbi sığorta xidməti  ilə də təmin olunmuşlar. 
     Ənənəvi olaraq hər il olduğu kimi, 2015-ci ilin  oktyabr ayının 1-dən başlayaraq QSC-də çalışan işçilərin “Modern Hospital”-da  növbəti tibbi   müayinəsinə başlanılmışdır. Tibbi müayinədən keçmiş işçilər zəruri hallarda tibbi sığorta xidməti ilə “Modern Hospital”-da, o cümlədən respublikamızda fəaliyyət göstərən bir çox   müasir  klinikalarda ödənişsiz  müalicə kurslarına cəlb olunur və lazımı  dərman preparatları ilə təmin edilirlər.
     Hazırda istehsalat proseslərinin fasiləsizliyi təmin edilməklə, növbə ilə digər işçilərin də müayinədən  keçmələri davam etdirilir. Tibbi müayinənin noyabr ayının əvvəlində başa çatdırılması nəzərdə tutulmuşdur.

 

tarix : 13.10.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.