ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə böyük önəm verilir

    "Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma işləri həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə  məqsədyönlü tədbirlər həyata keçirilir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və  inkişafı işləri günü-gündən genişləndirilir.

     Yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD)  həyata keçirir. Təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində əvvəlki illərdə olduğu kimi, bu il də istehsalat sahələrindəki  ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuş, mövsümü aqrotexniki xidmətlər göstərilmişdir.  Bağbanların əməyi sayəsində, suvarma işlərinin müntəzəm aparılması və yaşıllıqlara vaxtlı-vaxtında  aqrotexniki qulluq göstərilməsi nəticəsində istehsalat sahələri   yaşıllıqlara bürünmüşdür. QSC-nin xidmət sahələrində texnoloji proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi də atmosferə atılan zərərli tullantıların miqdarının azalmasına və  yaşıllıqların yaxşı  inkişaf etməsinə  öz  müsbət təsirini göstərmişdir.
      "Ekol  Mühəndislik  Xidmətləri" QSC-nin xidmət  göstərdiyi  yaşıllaşdırma sahələrində də payız mövsümü işləri geniş vüsət almışdır.  Hazırda QSC-nin TRD-nin əməkçiləri, mütəxəssisləri  SOCAR-ın  Qaz Emalı Zavodunun  istehsalat  sahəsində, “Bibiheybətneft” ərazisində müxtəlif  növ ağac, bəzək  və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilir. Yaşıllıqların suvarılmasında  əsasən mexaniki üsullardan geniş istifadə olunur ki,  bu da öz səmərəli nəticələrini  verməkdədir.
     Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən "Ekol Mühəndislik Xidmətləri" QSC,  bu sahəni fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 
 
 
 
 
 

tarix : 16.10.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.