ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 6-cı Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçısıdır

           “ Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə,  “ Bakı Ekspo Mərkəzi" -ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 6-cı Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 18-də öz işinə başlamışdır.

          “CTE-2015” sərgisi biznesin Azərbaycanda inkişafı üçün əlverişli vasitə olmaqla yanaşı yeni tərəfdaş axtarışı, bazarın təhlili və iştirakçılarla effektli iş aparmaq üçün münbit şərait yaradır. Sərgi Azərbaycanın və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən aparıcı simalarını, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində  öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirmişdir. Sərgidə Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici özəl şirkətlərinin eləcə də dövlət strukturlarının iştirakı nəzərdə tutulmuşdur.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov və Bolqarıstan Respublikasının Ətraf Mühit və Su naziri xanım İvelina Vasileva iştirak etmişdirlər.

6-cı Beynəlxalq Ətraf  Mühit Sərgisində “ Ekol Mühəndislik Xidmətləri ” QSC də həyata keçirdiyi ekoloji layihələri və istehsalata tətbiq etdiyi müasir texnika və texnologiyaları əks etdirən  maraqlı stendi ilə iştirak edir.  QSC-nin stendi, xüsusilə İsveçin  “Alfa-Laval” şirkətinin istehsalı olan,  neftşlamı emal edən   modul dekantor qurğusunun maketi  sərgi iştirakçıları  tərəfindən  böyük  maraqla  izlənilir.  

“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 6-cı Beynəlxalq Ətraf  Mühit  Sərgisinin  üç gün davam edəcəyi  və  noyabrın  20-də başa çatacağı nəzərdə tutulmuşdur.                  
 
  
 
 
 
 
 
 

 

tarix : 18.11.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.