Xidmətlərimiz
|
|
|
|
QSC-də çalışan mühəndis texniki işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun 05 noyabr 2015-ci il tarixli, 02/S saylı Sərəncamı ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, QSC-də çalışan mühəndis texniki işçilər “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədilməsi və biliklərinin yoxlanılması qaydaları haqqında” təlimata əsasən noyabrın 23-dən biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
İmtahanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarının, təlimatların və ən başlıcası İSO-18001 (OHSAS) standartının tələblərinin dərindən mənimsənilməsindən və maarifləndirmə tədbirlərinin istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.
QSC-nin baş direktorunun İstehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynovun sədrliyi və əlaqədar struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən imtahan bütün fəaliyyət sahələri əhatə olunmaqla noyabrın 30-dək davam edəcəkdir.
tarix : 24.11.2015
|
|
|
|
|
|
|