Qış mövsümü ilə əlaqədar olaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi məqsədilə, təsdiq olunmuş "Qışa hazırlıq tədbirlər planı"nın icrası davam etdirilir.
Tədbirlər planına uyğun olaraq QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 3,5,6-cı və 4-cü (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsinin ərazisi) sahələrindəki təmizləyici qurğularda, nasoslarda, boru xətlərində, qazanxanalarda və elektrik təsərrüfatında profilaktiki təmir işləri yerinə yetirilmişdir. QSC-nin inzibati, məişət və istehsalat binalarının fasiləsiz olaraq istiliklə təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, binaların dam örtüyündə, qapı və pəncərələrində zəruri təmir işləri aparılmışdır. İstismarda olan qurğuların və xüsusi texnikanın qış rejimində fasiləsiz işləməsi məqsədilə ehtiyat ötürücü qurğular və enerji mənbələri quraşdırılaraq sınaqdan keçirilmişdir. Bununla yanaşı QSC-nin xidmət göstərdiyi yaşıllaşdırma sahələrində də "Qışa hazırlıq tədbirlər planı"nın icrası ilə əlaqədar müvafiq işlər yerinə yetirilmişdir. Bitkilərin gübrəyə olan tələbatının təmin edilməsi və şaxtalı hava şəraitində bitkilərin donvurmadan mühafizə edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür. QSC-nin "Qışa hazırlıq tədbirlər planı"nın icrası hazırda davam etdirilir.
tarix : 04.12.2015
|