ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Elektromexanika sexi qışa hazırlıqla əlaqədar bütün zəruri tədbirləri həyata keçirmişdir.

        Hava şəraitinin dəyişkən keçməsi və qış mövsümü ilə əlaqədar olaraq, sənaye-çirkab sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi proseslərinin fasiləsizliyinin təmin olunması məqsədilə, istehsalat sahələrində qışa hazırlıq tədbirləri həyata keçirilmişdir.  

        Kompleks tədbirlər planına uyğun olaraq QSC-nin Elektromexanika sexinin kollektivi Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-nun 9-cu sexinin ərazisi) təmizləyici qurğularda, nasoslarda, boru xətlərində, elektrik şəbəkəsində profilaktiki təmir və izolyasiya işlərini yüksək keyfiyyətlə yerinə yetirmişlər.
        Qış mövsümü ilə əlaqədar olaraq QSC-nin 1 saylı qazanxanası inzibati, məişət və istehsalat binalarını fasiləsiz olaraq istiliklə təmin edir. İstehsalat sahələrinin istilik enerjisinə olan tələbatı daha da yaxşılaşdırılmışdır. TED-nin 6-cı sahəsində məhsuldarlığı 4 500 kq/saat; təzyiqi 6-8 atmosfer olan 3 saylı qazanxana vasitəsi ilə “Alfa Laval” şirkətinin dekantr və “Pieralisi” şirkətinin trikantr qurğuları istiliklə fasiləsiz təmin olunur.
         Bundan başqa istehsalatın fasiləsizliyinin təmin olunması, qurğuların və xüsusi texnikanın qış rejimində işləməsi məqsədilə ehtiyat ötürücü qurğular və enerji mənbələri quraşdırılmış, sınaqdan keçirilmişdir.
         Hazırda QSC-də bu istiqamətdə işlər davam etdirilir.
 
 
 
 
 
 

                                   

  

tarix : 10.12.2015

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.