ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC neftşlamın ətraf mühitə təsirinin qarşısını almaq üçün zəruri tədbirlər həyata keçirir

      “Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi ərazisində texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Belə ki, QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində 5 saylı əlavə çökdürücü gölün neftşlamdan təmizlənməsinə start verilmişdir. Çökdürücü göllərin vaxtaşırı təmizlənməsində əsas məqsəd bütün təmizləmə proseslərinin keyfiyyətinin artırılması və sifarişçi qarşısında götürülən öhdəliklərin daha da yüksək səviyyədə həyata keçirilməsidir.

    Vaxtaşırı olaraq mexaniki təmizləmə qurğularının ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir. Heydər Əliyev adına NEZ-nun istehsalat sahələrində  neftşlam İsveçin “Alfa-Laval” şirkətinin dekanter həmçinin Hollandiya və İtaliya şirkətlərinin birgə istehsalı olan “Pieralisi” trikanter qurğuları vasitəsilə emal edilərək zərərsizləşdirilir. Bununla yanaşı, QSC-də neftşlamın zərərsizləşdirilməsinin digər üsulları da araşdırılır və bioloji, kimyəvi maddələrin təsiri ilə neft məhsullarının sudan və mexaniki qarışıqlardan daha da səmərəli ayrılması istiqamətində işlər aparılır.
     Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri dövrü olaraq Heydər Əliyev adına NEZ-nun 9- cu sahəsi ərazisində həyata keçirilir.
 
 
  
 
 
 
  
 

tarix : 11.01.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.