ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti 2015-ci ili uğurla başa vurmuşdur.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2015-ci ildə də fəaliyyətini təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.

Ötən ildə müvafiq müqaviləyə əsasən, EMD tərəfindən SOCAR-ın "Kompleks Qazma İşləri" Tresti və Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operatinq Company LTD" Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə materialları ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri  zamanı müəssisələrdə formalaşan 383-dən çox axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Müşahidə məlumatları əsasında Səyyar monitorinq xidməti tərəfindən rüblər üzrə 16 hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir. 2015-ci ildə EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi tərəfindən ekoloji normativ-texniki sənədlər işlənib hazırlanmış və müvafiq qaydada təsdiq olunaraq sifarişçilərə təhvil verilmişdir.
 Hesabat ili ərzində EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında (KTL) 1827 nümunə üzərində 6247 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmışdır. KTL-da il ərzində neftşlamın zərəsizləşdirilməsi, sənaye axıntı suyunun və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə təqdim olunmuş bir sıra reagentlər tətbiq edilməklə laborator sınaqları aparılmış və müvafiq hesabatlar tərtib edilmişdir. Rüblər üzrə 4 hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir. Ötən il KTL-də istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmişdir.
 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün struktur bölmələri əhatə edilməklə, 2015-ci ilin fevral-mart aylarında İnteqrə edilmiş menecment sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) daxili auditi keçirilmişdir. Audit zamanı 21 uyğunsuzluq aşkar edilmiş və standartların tələblərinə uyğun prosedurlarla qısa zamanda aradan qaldırılmışdır. Eyni zamanda təsdiq edilmiş qrafikə uyğun mövzular üzrə əməkdaşların ekoloji və digər sahələrdə biliklərinin artırılması sahəsində  maarifləndirmə tədbirləri  həyata keçirilmişdir. Ötən ilin aprel ayında isə Türk Standartları İnstitutunun auditorları tərəfindən İnteqrə edilmiş menecment sistemlərinin üçüncü tərəf auditi keçirilmiş və beynəlxalq idarəetmə standartlarının tətbiqi yüksək qiymətləndirilmişdir. İSO 9001 və OHSAS 18001standartlarının sertifikatları yenilənmişdir.
 2015-ci ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan 2,7 tona qədər tullantı növlər üzrə çeşidlənərək SOCAR-ın  Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilmişdir.
 Ekoloji Monitorinq Departamenti yüksək səviyyəli ekoloji xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.
 
  
 
 
 
  
 

tarix : 25.01.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.