ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamenti 2015-ci ili uğurlu nəticələrlə başa vurmuşdur

   “Ekol Mühəndislik Xidmətləri” QSC 2015-ci ildə bütün fəaliyyət sahələrində  uğurlu nailiyyətlər əldə etmişdir. Müəssisədə fəaliyyət göstərən Tullantıların Emalı Departamenti (TED) də “Sifarişçi” təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

   2015-ci ildə TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-nun  9-cu sahəsi ərazisi)   NEZ-nun 10 milyon 512 min m3  sənaye çirkab suları, texnoloji proseslər  nəticəsində formalaşan  14 min 517 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. İl ərzində TED-nin 4-cü sahəsində isə 4 milyon 391 min 916 m3  sənaye çirkab suları təmizlənmiş, 7 min tondan çox neftşlam  emal olunaraq zərərsizləşdirilmişdir.
   Hesabat ilində, TED  müqavilə əsasında  “AA SERVİCES”, AAS- ATE” MMC, “Suraxanı OİL Opereyşn Compani S.A.”, SOCAR-ın Ekologiya İdarəsi, “Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC-nin Dəniz Neft Donanması,  Qaz Emalı Zavodu, “ AAS-Ekol” MMC və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. İl ərzində bu təşkilatlardan qəbul edilmiş 103,76 tona qədər ərsin parafin, 5 min 208 ton şlam, 1 ton neftşlam,  21 min m3 yağlı su, 32 tona qədər yağlı torpaq, 2 min 563 m3 döşəməaltı-lyal axıntı suları, 24 min 903 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla  emal olunaraq zərərsizləşdirilmişdir .
   2016-cı ildə “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi  və istehsalatın  fasiləsizliyinin təmin edilməsi üçün  TED zəruri tədbirlərin həyata keçirilməsinə başlamışdır.
 
  
 
 
 
  
 

tarix : 05.02.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.