ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2015-ci ili uğurla başa vurmuşdur.

  Əvvəlki illərdə olduğu kimi 2015-ci il ərzində Nəqliyyat sexi üzərinə düşən vəzifələri  vaxtında və keyfiyyətlə yerinə yetirmiş,  sexin  minik və yük avtomobilləri, eləcə də xüsusi texnikaları vasitəsilə   QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin icrasında  yaxından iştirak edərək  öz layiqli tövhələrini vermişdir.

  Ötən 2015-ci il ərzində "Suraxanı Oyl Opereyşn  Kompani S.A." Şirkətinin mədən ərazilərindən  lilsovuran avtomobillər vasitəsi ilə 24 min 903 m3 mədən axıntı  suları "Azərbaycan Xəzər Dəniz Gəmiçilik" QSC Dəniz  Neft  Donanmasının ərazisindən  1992 m3 döşəməaltı lyal  axıntı suları, eləcədə “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisindən 106 m3 axıntı çirkab sularının, SOCAR Ekologiya İdarəsinin  ərazisindən  80 m3 neftli, kimyəvi tərkibli suları, SOCAR Neft-qaz tikinti trestinin ərazisindən 10,5 m3, daşınması həyata keçirilmişdir.
  QSC-nin Torpaqların  Rekultivasiyası  Departamentinin (TRD) xidmət göstərdiyi A-4 (Zığ sahəsi), “Abşeronneft” NQÇİ-nin,  “Bibiheybət” NQÇİ-nin ərazilərinə ümumilikdə 400 ədəd ağac, 48 m3 peyin, 50 m3 torpaq, 200 m3 su daşınmış, 6650 ağac yeri qazılmış və lilsovuran avtomobillər ilə 170 m3 çirkab su sahədən çəkilmişdir.
  TED-in 6-cı sahəsi (H.Əliyev adına NEZ-nun 9 sahəsinin ərazisi) ərazilərində istismarda olan “Alfa Laval” şirkətinin dekanter qurğusunun fəaliyyəti nəticəsində formalaşan torpaq “Buldozer MUP-351”, “Buldozer Keyz”, “Telehandler MST”, “Tveks EK-12” və EO-5111B markalı “Draqlayn” vasitəsi ilə özüboşaldan nəqliyyat vasitələrinə yığılaraq xüsusi əraziyə daşınmışdır və TED-in bütün istehsalat sahələri minik və yük nəqliyyat vasitələri ilə təmin edilmişdir.
  Nəqliyyat sexi texniki vasitələrlə QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən olan ətraf mühitin qorunması və ekoloji yönümlü işlərin yerinə yetirilməsində də yaxından iştirak etmişdir.
  Bu məqsədlə TRD-nin inzibati binasının A-4 (Zığ sahəsi) ərazisindəki yaşıllıqların suvarılmasına  1050 m3, İnzibati Təsərrüfat şöbəsinin yaşıllıq sahələrinə 60 m3, TED-nin qurğularının yuyulmasına 170 m3 su verilmişdir.
  Hər il olduğu kimi, ötən ildə də Nəqliyyat sexindəki nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İl ərzində nəqliyyat vasitələrinin mövsümü rejimində işləməsi üçün lazımı ehtiyat hissələri, yanacaq və sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
  Nəqliyyat sexinin kollektivi 2015-ci ildə də öz fəaliyyətini QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək səviyyəli texniki xidmətlərin göstərilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
 
 
  
 
 
 
  
 

tarix : 12.02.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.