ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC TED-nin istehsalat sahələrində həyata keçirilən növbəti işlər

   Tullantıların Emalı Departamentinin bütün istehsalat sahələrində (Heydər Əliyev adına NEZ-nun 9-cu sexin ərazisi) texnoloji proseslərin  təhlükəsizliyinin təmin edilməsi, təmizləyici və emal  qurğularının fasiləsiz iş rejimində işləməsi üçün vaxtlı-vaxtında profilaktiki, cari təmir işləri yerinə yetirilir. Bunları nəzərə alaraq 4 və 6 saylı istehsalat sahələrində bir sıra əhəmiyyətli tədbirlər keçirilmişdir, belə ki TED-nin 4-cü sahəsində yerləşən “Alfa Laval” şirkətinin dekanter qurğusunda təmir işləri aparılmış, borular yenisi ilə əvəz olunmuş və rəngləmə işləri aparılmış, qurğunun istismar müddətini artırılması və texniki şərtlərin təmin edilməsi məqsədilə lazımı texniki yoxlamadan keçirilərək istismara buraxılmışdır.

   Əhəmiyyətli işlərdən biri də TED-nin 6-cı sahəsində ki (H.Əliyev adına NEZ-un 9 saylı sexı) 1-ci çökdürücü göl sənaye-çirkab suları və neftşlamdan qısa müddətdə təmizlənmiş, təmir işləri aparılaraq istismara verilmişdir.
   Hazırda TED-nin 4-cü sahəsinin 1-ci mexaniki təmizləmə sisteminin qəbul hovuzunda yığılmış neftşlam EO-5111 B markalı “Draqlayn”  ilə özüboşaldan nəqliyyat vasitəsinə yüklənərək xüsusi əraziyə daşınmışdır.
   “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət göstərdiyi istehsalat sahələrində ətraf mühitin mühafizəsi qaydalarına ciddi əməl olunmasını   qarşılarına məqsəd qoyan TED-nin kollektivi qüvvələrini bu istiqamətdə səfərbər etmişlər.
 
  
 
 
 
  
 

tarix : 17.02.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.