ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2015-ci ildə Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat sahələrinə peşəkarlıqla xidmət göstərmişdir

   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi nailiyyətlərin əldə olunmasına təsir edən əsas amillərdəndir.

   Ötən il ərzində Elektromexanika sexi tərəfindən müəssisənin bütün istehsalat sahələrində bir sıra təmir- bərpa, texniki-baxış və sazlama işləri həyata keçirilirmişdir. Belə ki, Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9 saylı sexin ərazisi) çirkab suları nəql edən 3 və 4 saylı nasosların mühərrikləri əsaslı təmir olunaraq istismara buraxılmışdır, 10-cu nefttutucunun yenilənmə bərpa işləri aparılmış, 1-ci qəbul hovuzunun yanında olan, suyun səthindəki nefti vurmaq üçün nasos yenisi ilə əvəz olunmuş və istismara buraxılmışdır.
   Torpaqların Rekultivasiyası Departamentinin (TRD) xidmət göstərdiyi  Dübəndi, Qala, Bibiheybət və Zığ sahələrində olan işıqlanma, su təchizatı sistemlərində nasazlıqlar mütəmadi olaraq aradan qaldırılıraq, həmin sahələrdə lazımı texniki baxış və bərpa işləri həyata keçirilmişdir. Qazanxananın su və buxar ötürücü xətlərində bərpa işləri müvafiq qaydada aparılmış, köhnə xəttlər tamamilə yenilənmiş və saz vəziyyətdə istimara buraxılmışdır. 55 saylı y/stansiyanın kontur torpaqlanması yenidən bərpa olunmuş, Borger və VX nasoslarınında  təmir və yenilənmə işləri aparılmışdır. Eləcə də, Nəqliyyat sexindəki elektrik və su təminatı xətləri yenilənmiş, nasazlıqlar aradan qaldırılmış.
   İstismar sahəsində 1-ci və 2-ci sistemdən flotatorlara nəql edən boru xəttlərində bərpa işləri aparılmış və  yeni sayğaclar quraşdırılmışdır. Laboratoriya üçün alınan təzə avadanlıqlar  təyin olunan  ərazidə quraşdırılmış, tam texniki baxışdan keçirilərək istismara verilmişdir. Hazırda istehsalat sahələrində olan mexanizmlərin saz vəziyyətdə işləməsi üçün vaxtında bütün tədbirlər görülmüş, nasazlıqlar aradan qaldırılmış, fasiləsiz iş rejimi üçün lazım olan hər bir imkanlardan geniş istifadə olunmuşdur.   
 
  
 
 
 
  
 

tarix : 24.02.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.