ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

   Ötən əsrin ən ağır faciəsi olan Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir.

   1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndində yerləşən keçmiş sovet ordusunun 366-cı alayın köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı etnik soyqırım aparmışlar. Xocalını zəbt etmiş erməni təcavüzkarları 613 dinc  sakini, o cümlədən  106  qadını, 63 uşağı, 8 ailə, 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıqla və işgəncə ilə qətlə yetirdilər, 150 xocalılı itkin düşdü, 1275 nəfəri isə əsr götürdülər. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının  yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə  yönəldilmiş qəddarlıq təcəssümü idi.
   Bəşər tarixinin ən böyük  faciələrindən biri olan Xocalı soyqırımının  24-cü ildönümü ilə əlaqədar “Ekol Mühəndislik Xidmətləri” QSC Nizami rayon YAP təşkilatı ilə birlikdə Xocalı abidəsini ziyarət etmiş və önünə tər çiçəklər  düzmüşlər.  
   Fevralın 26-da QSC-nin istehsalat sahələrində də tədbirlər keçirilmişdir. Tədbirdə çıxış edən baş direktorun məsləhətçisi Kamil Akimov, Tullantıların Emalı Departamentinin rəisi Zeynal Babayev, Həmkarlar İttifaqının sədri Əli Ələkbərov və başqaları öz çıxışlarında Xocalı faciəsinin Ermənistanın Dağlıq qarabağı  işğal etmək məqsədi ilə apardığı işğalçılıq  müharibəsinin gedişində, dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərinin  miqyasına görə ən dəhşətlisi olduğunu vurğulamışlar. QSC-nin istehsalat sahələrində faciəni əks etdirən stendlər təşkil olunmuş, əmək kollektivlərində anım mərasimləri keçirilmişdir.
   Tədbirlərin sonunda Xocalı faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
 
 
  
 
 
 
  
 

tarix : 26.02.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.