Xidmətlərimiz
|
|
|
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin TED-in 6-cı sahəlsindəki çökdürücü göllərdə və nefttutucularda təmizlənmə işləri davam etdirilir.
|
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına NEZ-nun (9-cu sahəsi) Tullantıların Emalı Departamentin (TED) 6-cı sahəsinə texnoloji proseslər nəticəsində daxil olan sənaye-çirkab sularını norma həddinə qədər təmizlənməsi və təkrar NEZ-na istifadəsinə verilməsidir.
Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində əhəmiyyətli işlərdən biri də TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) mexaniki təmizləyici qurğular sisteminin 1-ci və 2-ci çökdürücü göllərində təmizlənmə işləri aparılmış və həmin göllər çöküntülərdən təmizlənərək istismara verilmişdir. Hazırda mexaniki təmizləmə qurğuları sisteminin 3-cü və 4-cü çökdürücü göllərində nefttutucuların çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Bu qurğularda görülən işlər nəticəsində sənaye-çirkab sularının təmizlənmə keyfiyyəti xeyli dərəcədə yaxşılaşmışdır ki, bu da ətraf mühitin ekoloji vəziyyətinə öz müsbət təsirini göstərmişdir. Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri dövrü olaraq digər çökdürücü göllərdə və nefttutucularda da mütəmadi olaraq yerinə yetiriləcəkdir.
tarix : 11.03.2016
|
|
|
|
|
|
|