ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də “31 mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir

   Martın 31-də Ekol Mühəndilsik Xidmətləri QSC-də Azərbaycanlıların soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir. Mərasimdə rəhbərlik və digər natiqlər  çıxış edərək təcavüzkar erməni millətçilərinin  xalqımıza qarşı zaman-zaman etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirdiklərini qeyd etmişlər.

   Həmçinin qeyd olunmuşdur ki, tarix boyu ermənilər və onları dəstəkləyən qüvvələr  tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti  nəticəsində minlərlə kənd yerlə - yeksan edilmiş,  100 minlərlə azərbaycanlı qətlə yetirilmiş, xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar olmuşdur.
   Ermənilərin bu mənfur siyasəti bütün dövrlərdə xalqımız tərəfindən  pislənmiş, bu soyqırımına  hüquqi qiymət verilməsinə cəhd göstərmişlər.  XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın  tarixi keçmişinin  obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir.  Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə ermənilərin xalqımıza qarşı dəfələrlə törətdikləri soyqırımı  özünün hüquqi və siyasi qiymətini aldı. Bununla da Azərbaycan həqiqətləri bütün dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırıldı.
   Tədbirdə qeyd olunmuşdur ki,  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət  nəticəsində erməni millətçilərinin  iç üzü açılmış, onların  siyasi riyakarlığı, əsrlərdən bəri həyata keçirdikləri işğalçılıq  siyasəti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
   Tədbirdə Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Soyqırımı ilə bağlı QSC-nin  istehsalat sahələrində  stendlər təşkil olunmuş, stendlərin önünə tər çiçəklər düzülmüşdür.

       
 
 
 
 

tarix : 31.03.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.