ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin Ekoloji Monitorinq Departamenti 2016-cı ilin I rübünü uğurla başa vurmuşdur.

   "Ekol Mühəndislik Xidmətləri"  QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2016-cı ilin I rübünü təsdiq olunmuş iş planına uyğun olaraq davam etdirmiş, "Sifarişçi"  təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərini yerinə yetirmiş, ekoloji normativ-texniki sənədlər işləyib hazırlamış, laboratoriya  xidmətləri göstərmiş və digər ekoloji xidmətləri həyata keçirmişdir.

 Ötən ildə müvafiq müqaviləyə əsasən,  EMD  tərəfindən SOCAR-ın  "Kompleks Qazma İşləri" Tresti  və  Qaz Emalı Zavodunun, "AzGerneft" MMC-nin, "Balakhanı Operating Company" LTD-nin Azərbaycan Respublikasındakı filialının mədən və istehsalat ərazilərində dövrü ekoloji monitorinq işləri aparılmışdır. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirən müəssisələrin quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə edilən uyğunsuzluqların ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə müəssisələrə müvafiq təkliflər verilmişdir. Yerinə yetirilən ekoloji monitorinq işləri  zamanı müəssisələrdə formalaşan 75-dən çox axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında təhlil olunmuşdur. Laborator təhlillərin  nəticələrindən asılı olaraq axarların ətraf mühitə fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsi dinamikada öyrənilmişdir. Müşahidə məlumatları əsasında rüb ərzində 5 hesabat hazırlanaraq “Sifarişçi” təşkilatlara təqdim edilmişdir.
   Cari ilin I rübü ərzində 231 nümunə üzərində 924 kimyəvi və fiziki-kimyəvi təhlillər aparılmış, neftşlamın zərərsizləşdirilməsi, sənaye axıntı suyunun və neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə təqdim olunmuş bir sıra reagentlər tətbiq edilməklə laborator sınaqları aparılmış və müvafiq hesabatlar tərtib edilmişdir.
   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün struktur bölmələri  əhatə edilməklə, 2016-cı ilin I rübündə İnteqrəedilmiş Menecment Sistemlərinin (İSO 9001, İSO 14001, OHSAS 18001) daxili auditi keçirilmişdir.
   Hesabat rübü ərzində aylıq “Ekol Mühəndislik Xidmətləri”  QSC-nin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi haqqında məlumat tərtib edilmişdir. 
   “Ekol Mühəndislik Xidmətləri” QSC-də 2016-cı ilin I rübü ərzində İnteqrəedilmiş Menecment Sistemlərinin tələblərinə uyğun aşağıdakı işlər görülmüş və bəzi işlər qrafikə uyğun görülməkdədir.
   Belə ki, cari il üçün İnteqrəedilmiş Menecment Sistemlərinin “Məqsəd və Hədəflər”, Audit planı sənədi hazırlanıb təsdiq olunaraq aidiyyatı yerlərə paylanmışdır. Cəmiyyətdə audit planına uyğun audit keçirilir, aşkar olunmuş uyğunsuzluqlar barədə bildirişlər hazırlanaraq yerlərə verilərək nəticədə audit olunmuş hər bir struktur bölmənin hesabatı hazırlanır.
Cəmiyyət üçün təsdiq edilmiş layihənin riskləri işlənib hazırlanmışdır. 
   EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasında ISO 17025 Beynəlxalq Laboratoriyanı idarəetmə standartının tələblərinə uyğun sənədlər işlənib hazırlanır. Daimi Fəaliyyət Komissiyasının işində iştirak edilmişdir.
   Cəmiyyət üçün Beynəlxalq Standartların tələblərinə əsasən “Uyğunluğun dəyərləndirilməsi” sənədi hazırlanıb təsdiq olunaraq aidiyyatı bölmələrə paylanmışdır.
   2016-cı ilin I rübündə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində formalaşan 0,560 ton  tullantı növlər üzrə çeşidlənərək SOCAR-ın   Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilmişdir.
 
  
 
 
 
 
  
 
 

 

 

tarix : 25.04.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.