ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” nə həsr olunmuş tədbir keçirilmişdir
   1919-cu ildən fəaliyyət göstərən BMT-nin Beynalxalq Əmək Təşkilatı bütün dünyada əməyin mühafizəsinin aktuallığını nəzərə alaraq, bəşəriyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələlərinə yönəltmək məqsədi ilə, 28 apreli “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan etmiş və həmin ildə dünyanın bir çox ölkələrində qeyd olunmasına başlanmışdır.

   2004-cü ildən etibarən Azərbaycanda da "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il müxtəlif mövzuya həsr olunmuş bu günü 2016-cı ildə "Əməyin Mühafizəsində önləyici tədbirləri birgə yüksəldək" devizi altında keçirilməsinə qərar verilmişdir.
Aprelin 28-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” nə həsr olunmuş tədbir keçirilmişdir”. Tədbirə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər qatılmışlar. Tədbirdə QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov çıxış etmişlər.
   Çıxışlarda "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilatı, texniki və sanitar-profilaktiki işlər haqqında geniş məlumat verilmiş, bu məsələnin daim diqqət mərkəzində olduğu xüsusilə vurğulanmışdır.
   Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, QSC-də “İş yerində stress” mövzusunda bir sıra  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə də işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir.
   Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, İnzibati-təsərrüfat şöbəsinin xarratı Ələkbər Məlikov, TED-nin  6-cı sahəsinin operatoru Ramal Rəsulov, TED-nin 5-ci sahəsinin operatoru Vurğun Babayev, TRD-nin 1-ci sahəsinin bağbanı Yasin Bəkdəmirov QSC-nin  rəhbərliyinin "Təşəkkürnamə"si ilə təltif olunmuşlar.

 
  
 
 
 
 
 
 

 

 

tarix : 28.04.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.