ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2016- cı ilin I-ci rübündə müsbət nəticələr əldə etmişdir

   2015-ci ili uğurlu nailiyyətlərlə başa vurmuş QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2016-cı ilin I-ci rübündə də müsbət nəticələr əldə etmişdir. Ötən ildə olduğu kimi TED cari ilin I-ci rübündə "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmişdir.

   I-ci rübdə Heydər Əliyev adına NEZ-dan TED-nin 6-cı sahəsinin ( NEZ-in  9-cu sahəsinin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 2 milyon 113 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan  (yanvar ayında  511 917 m3, fevral ayında 565 117 m3, mart ayında isə 1 036 037 m3 ) təmizlənmişdir.
   Rüb ərzində TED-nin 3-cü sahəsinə “AAS-Ekol” MMC-dən müqavilə əsasında daxil olan 35,16 ton ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmış, texnoloji proseslər nəticəsində formalaşan 3 min 810 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərərsizləşdirilmişdir.
   Ötən üç ayda TED-nin 4-cü sahəsində də (Heydər Əliyev adına NEZ-in 9-cu sahənin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 4-cü sahədə 768 884 m3-ə qədər sənaye çirkab suları (yanvar ayında  309 384 m3, fevral ayında 219 min m3, mart ayında isə 240 500 m3 ) təmizlənmişdir.
   QSC-nin 4-cü sahəsində 1363 ton  neftşlam emal edilərək zərərsizləşdirilmişdi.
2016-cı ilin I-ci rübündə TED müqavilə əsasında “AA Services”, “AAS-ATE” MMC, “Surakhany Oil Operation Company S.A.”, SOCAR-ın Ekologiya İdarəsi,  Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC, və  İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi və s. “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Rüb ərzində bu təşkilatlardan qəbul edilmiş 316 ton şlam, 6 min 946 m3 yağlı su, 10,50 ton yağlı torpaq, 563 m3  döşəməaltı-lyal axıntı suları, 4 min 704 m3 mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilmişdir.
   Bununla yanaşı, TED I-ci rübdə “Kompleks Qazma İşləri” tresti ilə olan müqaviləyə əsasən həmin ərazidən 693 m3 çirkab suları, 288 ton qazma şlam daşınaraq SOCAR-ın Ekologiya İdarəsinin Tullantı Mərkəzinə təhvil verilmişdir.
   2016-cı il ərzində “Sifarişçi” təşkilatlara yüksək səviyyədə xidmət göstərilməsi və istehsalatın fasiləsizliyinin təmin edilməsi üçün TED zəruri tədbirləri həyata keçirilməsinə başlamışdır.
   QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində fəaliyyətini texnoloji reqlamentə uyğun və yüksək templə davam etdirir.
 
  
 
 
 
 
 
   

 

 

 
 
 
 
 

tarix : 04.05.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.