ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar nərd turniri keçirilmişdir

    Ulu öndər  Heydər  Əliyevin  anadan olmasının 93-cü ildönümü ilə  əlaqədar,  respublikamızda  həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də  bir sıra tədbirlər nəzərdə tutulmuşdur.

      Mayın 6-da Həmkarlar  İttifaqı  Komitəsinin təşkilatçılığı ilə  ümummilli liderin 93-cü ildönümü ilə əlaqədar  keçirilən nərd  turnirinə  QSC-nin ayrı-ayrı istehsalat sahələrində  çalışan 30 nəfər  həvəskar  qatılmışlar.
      Turnirin açılışında  çıxış edənlər,  QSC-nin   baş direktorunun  istehsalat üzrə müavini-Texniki  direktor  Məzahir  Hüseynov, Həmkarlar  İttifaqı Komitəsinin sədri  Əli Ələkbərov ümummilli lider, müasir Azərbaycanın  Respublikasının memarı Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun müstəqilliyimizin əldə  olunmasında və respublikamızın hərtərəfli inkişafında göstərdiyi  misilsiz  xidmətlərindən   danışmışlar.  Sonra  HİK-nin sədri  Əli  Ələkbərov  yarışın  şərtlərini iştirakçılara izah etmiş  və  turnirə start verilmişdir.
      Gərgin mübarizə və şəffaf  şəraitdə  keçən turnirin final mərhələsində  qaliblər müəyyən olunmuşdur.  Nəqliyyat sexinin sürücüsü Qurbanov Nəriman I yerə, çilingəri Qafarov Azər II yerə və sürücüsü Yarməmmədov Abbas III yerə layiq görülmüşlər.
      Sonda QSC-nin baş direktorunun istehsalat üzrə müavini – Texniki direktor Məzahir Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov qalibləri təbrik edərək onlara xüsusi diplom, kubok və pul mükafatlarını təqdim etmişlər.
 
  
 
 
 
 
 
   

 

 

 
 

tarix : 06.05.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.