ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Beynəlxalq İdarəetmə Sistemləri keçirilən xarici auditə start verilmişdir.

       Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində qurmaq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin vəzifələrindən biridir. Əsas fəaliyyəti ekoloji yönümlü olduğundan ilk növbədə QSC 2007-ci ildə  İSO 14001 Ekologiya İdarəetmə Sistemi , 2012-ci ildən isə İSO 9001 “Keyfiyyət”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” Beynəlxalq sertifikatlarına layiq görülmüşdür.

       Standartların şərtlərinə uyğun olaraq ötən müddətdə Türk Standartları İnstitutunun auditorları tərəfindən  QSC-nin  Ekologiya İdarəetmə Sistemi üzrə fəaliyyəti dövrü olaraq tədqiq edilmiş və aşkar olunmuş  uyğunsuzluqlar operativ olaraq aradan qaldırılmışdır.
       Türk Standartları İnstitutu tərəfindən  “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO 14001, İSO 9001, OHSAS 18001 İdarəetmə Sistemləri üzrə növbəti audit  keçirilməsi nəzərdə tutulmuş və bu məqsədlə mayın 10-da QSC-nin baş ofisində açılış toplantısı keçirilmişdir.
Toplantıda Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiləri Səlim Çelebi, Xatirə Salahova və QSC-nin rəhbərliyi, struktur bölmələrinin rəhbərləri və mühəndis-texniki işçilər iştirak etmişlər.
       QSC-nin Baş direktoru Ramil Əliyev  qonaqları səmimi salamlayaraq  ötən dövr ərzində Ekologiya İdarəetmə Sisteminin tələblərinə uyğun olaraq görülmüş işlər barədə onlara ətraflı məlumat vermişdir. Türk Standartları İnstitutunun təmsilçiləri QSC-nin  İSO sahəsində gördüyü işlərdən və keçirdikləri auditlərin  nəticələrindən razı qaldıqlarını qeyd etmişlər. TSE təmsilçiləri cari ildəki keçiriləcək auditin nəticələrinin də uğurlu olacağına əmin olduqlarını vurğulamışlar.
       Baş direktor Ramil Əliyev TSE təmsilçilərinə qarşıda görəcəkli işlərdə uğurlar arzulamışdır.
     Toplantının sonunda görüş iştirakçıları, Türk Standartları İnstitutunun nümayəndələri ilə birlikdə Ümummilli Liderimiz  Heydər Əliyevin doğum  gününün 93-cü  ildönümü ilə əlaqədar olaraq bir dəqiqəlik sükutla yad etmişlər.
 
 
  
 
  
 
  
 
   

tarix : 10.05.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.