Respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-də də ildönümü ərəfəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu münasibətlə QSC-də nərd turniri, iməciliklər və istehsalat sahələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər təşkil olunmuşdur. Mayın 10-da isə QSC-nin rəhbərliyi və kollektivi SOCAR-ın kollektivi ilə birgə Fəxri Xiyabanda olmuş, ulu öndərin məzarı önünə tər çiçəklər düzmüş və əziz xatirəsi sükutla yad edilmişdir.
tarix : 10.05.2016
|