ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də beynəlxalq standartlar üzrə keçirilmiş auditinin nəticələri qənaətbəxş olmuşdur

Qeyd etdiyimiz kimi may ayının 10-13 tarixlərində Türk Standartları İnstitutunun auditorları “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO -9001, İSO-14001 və OHSAS-18001 standartlarının tələblərinə əməl olunması, eləcə də yeni standartlara hazırlığın və uyğunluğun vəziyyətinin yoxlanması üzrə audit keçirilmişdir.

Mayın 13-də auditin qapanış toplantısı keçirilmişdir. Toplantının QSC-nin baş direktoru Ramil Əliyev açaraq iştirakçıları salamlamış və ilk sözü Səlim Çelebiyə vermişdir.
 Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçisi Səlim Çelebi öz çıxışında azərbaycanda beynəlxalq standartların tələblərinə əməl olunması sahəsində “Ekol Mühəndislik Xidmətləri” QSC kimi nümunəvi şirkətlərin olmasından qürur hissi keçirdiyini xüsusilə vurğulamışdır. O bu sahədə TSE-nin QSC-nə hər zaman dəstək olmağa hazır olduqlarını bildirmişdir.
Keçirilmiş auditin nəticələri barədə QSC-nin rəhbərliyinə və kollektivin nümayəndələrinə məlumat verilmişdir. Toplantıda çıxış edənlər, auditor Xatirə Salahova keçirilən auditin nəticələrinin qənaətbəxş olduğunu və QSC-də hər üç standartın tələblərinə nümunəvi qaydada əməl edildiyini toplantı iştirakçılarının diqqətinə çatdırmışlar.
Toplantıda çıxış edənlər, QSC-nin baş  direktoru Ramil Əliyev, baş direktorun müavini-texniki direktor Məzahir Hüseynov, Ekoloji Monitorinq  Departamentinin rəisi Şahabiddin Albuşov və başqaları auditin şəffaf şəraitdə keçirilməsinə, dəyərli tövsiyələrinə və göstərdikləri dəstəyə görə TSE təmsilçilərinə öz dərin təşəkkürlərini bildirmişlər. Eyni zamanda, Ramil Əliyev QSC-nin bütün  fəaliyyət sahələrində İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə Sistemlərinin tələblərinə yüksək səviyyədə əməl olunacağını  TSE təmsilçilərinin diqqətinə çatdırmışdır.
  Bununla da  TSE təmsilçilərinin QSC-də dörd gün ərzində keçirdikləri auditin nəticələrinə həsr olunmuş qapanış toplantısı başa çatmışdır.
 
  
 
  
 
  
 
   
 
 

tarix : 13.05.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.