ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC Xəzər Neft və Qaz sərgisində iştirak edir
   1-4 iyun 2016-cı il tarixlərdə  Bakı EKSPO Mərkəzində keçirilən 23-cü Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz sərgisi dünyanın  neft sənayesi liderlərini  ölkənin paytaxtı Bakı şəhərində yenidən bir araya gətirdi. Sərgiyə dünyanın 30 ölkəsindən 240 şirkət qatılmışdır.

    İyunun 1-də sərginin açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Nazirlər, Komitə sədrləri, SOCAR-ın prezidenti, xarici səfirliklərin və şirkətlərin nümayəndələri, iri neft sənaye müəssisələrinin, idarələrin və təşkilatların rəhbərləri iştirak etmişlər.
    Mərasimdə çıxış edən ölkə başçısı, öncə sərgi iştirakçılarını təbrik etmiş və bu sərginin ölkələr və şirkətlər arasında qarşılıqlı əlaqələrin  qurulmasında böyük əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır. Daha sonra Respublika Prezidenti  neft-qaz və kimya sənayesi sahəsində respublikamızda, eləcə də dünyada baş verən müsbət dəyişikliklər barədə geniş məruzə etmiş, sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
    Bir çox sahələri əhatə edən sərgidə, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, eləcə də dövlət müəssisələri arasında tanışlıq və əməkdaşlıq münasibətlərinin  qurulması üçün əlverişli şərait yaranmışdır.
    “Ekol Mühəndislik Xidmətləri” QSC də iştirakçılarda maraq doğuran stendi və eksponatları ilə 23-cü  “Xəzər Neft və Qaz 2016” sərgisinin iştirakçısıdır. QSC-nin fəaliyyət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən elektron məlumatlar və əyani eksponatlar sərgi iştirakçıları tərəfindən maraqla izlənilir.
    Azərbaycan dünyada neft-qaz sənayesindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir.
    23-cü “Xəzər Neft və Qaz 2016” sərgisi iyunun 4-nə qədər davam edəcəkdir.
 
 
 
  
 
   
 

tarix : 01.06.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.