ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC –də 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar tədbirlər keçirilmişdir

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən, 05 iyunun «Ümumdünya ətraf mühitin mühafizəsi günü» kimi qeyd olunmasına qərar verilmişdir. 1973-cü ildən etibarən həmin gün bütün dünyada, o cümlədən, Respublikamızda təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Hər il olduğu kimi  bu il də 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar respublikamızın müəssisə və təşkilatında  iməciliklər, ağacəkmə aksiyaları  və digər maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə minlərlə mövsümü ağaclar əkilmiş, xeyli abadlıq işləri görülmüş və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilmişdir.

    03.06.2016-cı il tarixdə  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində “5 iyun – Ümumdünya “Ətraf Mühitin Mühafizəsi” gününə həsr olunmuş geniş toplantı keçirilmişdir.
    Toplantıda çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev  qeyd etmişdir ki, Ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti dövründə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də, təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə diqqət mərkəzində olmuşdur. Məhz Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar, sərəncamlar qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir.
    Baş direktor QSC-nin ümumi fəaliyyətinin ekoloji yönümlü olması və ətraf mühitin mühafizəsi istiqamətində görülən işləri  bir daha toplantı iştirakçılarının nəzərinə çatdırdı və bildirdi ki, bu sahədə gördüyümüz işlərlə yanaşı, əhali və xüsusən gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması da bizim ən başlıca vəzifələrimizdən biridir.
    Toplantıda digər natiqlər də çıxış etdilər. Ekoloji Monitorinq departamentinin rəisi Şahabiddin Albuşov və rəis müavini Natella Şəfiyeva, Torpaqların rekultivasiyası departamentinin rəis müavini İdayət Hacıyev və digərləri öz çıxışlarında  ətraf mühitin mühafizəsi istiqamətində atılan hər bir addımın planetimizin ümumi ekoloji vəziyyətinin yaxşılaşdırılmasına  və gələcək nəslin ekoloji böhrandan xilas olunmasına xidmət etdiyini və bu sahədə ardıcıl tədbirlərin görülməsinin hər bir kəsin vətəndaşlıq borcu olduğunu xüsusilə vurğuladılar. Görüş iştirakçıalrına ətraf mühitin mühafizəsinə dair video çarx təqdim edildi. Sonda işlərində fərqlənən və faəlliqları ilə seçilən işçilərə fəxri fərman təqdim edilmişdir.
    Bu tədbir çərçivəsində 04.06.2016 ci il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün fəaliyyət sahələrində iməcilik keçirilmişdir. İməcilikdə rəhbərlik və kollektivin çoxsaylı nümayəndələri iştirak etmiş, tədbir QSC-nin  O.Vəliyev 1 ünvanında (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) yerləşən istehsalat sahələrini, eləcə də QSC-nin xidmət göstərdiyi  Azneft IB-nin  “Abşeronneft”, “BibiHeybətneft”, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki, həmçinin "SOCAR"-ın Qaz Emalı Zavodunun ərazisindəki yaşıllıq sahələrini əhatə etmişdir.
 
 
 
  
 
 
 
  
 
   

tarix : 04.06.2016

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.