Xidmətlərimiz
|
|
|
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində fəhlə və sürücülərin biliklərinin yoxlanılması üzrə imtahana başlanmışdır.
|
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun 04 may 2016 tarixli 01/S saylı Sərəncamı ilə təhlükəsizlik qaydaları üzrə bilik səviyyələrinin artırılması istiqamətində 06.06.2016-cı il tarixdən fəhlə və sürücülərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması üzrə imtahana başlanmış və 17.06.2016-cı il tarixədək keçiriləcəkdir.
Əsas məqsəd fəhlə və sürücülər tərəfindən texniki təhlükəsizlik qaydalarının, təlimatların və ən başlıcası İSO-18001 (OHSAS) standartının tələblərinin dərindən mənimsənilməsindən və maarifləndirmə tədbirlərinin istiqamətlərinin müəyyən edilməsindən ibarətdir. “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynovun sədrliyi və əlaqədar struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən imtahan bütün fəaliyyət sahələrini əhatə edəcəkdir.
tarix : 09.06.2016
|
|
|
|
|
|
|